İKİNCİ HİSSƏ
MÜMKÜN OLAN
XROMATİK HƏRƏKƏTLƏR
Xalq musiqi üslubu xromatik hərəkətə çox məhdud ölçüdə, o da yalnız
«Rast», «Şur» və «Segah» kimi ladlarda imkan verir.
«Rast» ladında xromatizm
1. Mayə kvintasının üst aparıcı tonu xromatik surətdə yarım ton alçala
bilər; misal uçün:
2. Mayə kvintası da həmçinin xromatik surətdə yarımton alçala bilər;
misal üçun:
Xromatik qammanın yazılış qaydasına müvafiq olaraq, 204-cü misal belə
yazılır:
Yuxarıda göstərilən 203 və 204-cü misallardakı xromatik hərəkətlər
mayəsi «Rast» ladı mayəsinin ikinci pərdəsi olan «Şur» ladına və habelə
mayəsi «Rast» ladı mayəsinin üçüncü pərdəsi olan «Segah» ladına da aiddir.
Yuxarıya doğru xromatizm tətbiq olunmur.
Qalan ladların pərdələri xromatik dəyişilməyə yol vermir.