İKİNCİ HİSSƏ


ƏLAVƏ LADLAR

3. «Şahnaz» ladında musiqi bəstələnməsi

A. Əlavə «Şahnaz» ladı səsqatarının diapazonu.

İkinci növ «Çahargah» ladının səsqatarında 1/2— 1 1/2— 1/2 formulu üzrə qurulmuş tetraxordla 1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxord birləşdirilir. «Şahnaz» ladının səsqatarında isə əksinə 1 — 1—1/2 formulu üzrə qurulmuş tetraxorda ayrı üsul ilə 1/2— 1 1/2— 1/2 formulu üzrə qurulmuş tetraxord birləşdirilir:

1 — 1 — 1/2 + 1/2 — 11/2 — 1/2

Misal üçün.


B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları

«Şahnaz» ladı səsqatarındakı pərdələrin lad vəzəfələri bu səsqatarının birinci pərdəsi olub, «Rast» ladının mayəsini təşkil edən əsas tondan asılıdır.

Alt tetraxordun bütün pərdələri «Şahnaz» ladında mayə ola bilər.

C. Tam və yarım kadanslar

«Şahnaz» ladında da tam və yarım kadanslar «Rast», «Şur» və «Segah» ladlarında olduğu kimidir.


4. «Şahnaz» ladında melodiyalar bəstələnməsi

İkinci xanənin əvvəlində birinci ifadə əsas tonun kvintası ilə tamamlanır. Cavabverici ifadə də dördüncü xanənin əvvəlində həmin pərdədə qurtarır. Birinci cümlə təkrarlanma tələb edir. Səkkizinci xanənin əvvəlində cavabverici cümlə birinci tetraxord pərdələrindən birində qurtarır.

Sonra gələn şöbə sol mayəli (əvvəlki əsas tonun kvintası) «Mayeyi-Şur»dur; ancaq «Şur»un tələb etdiyi kimi, səsqatarının altıncı pərdəsi yarım ton ucalmalı, yeddinci pərdəsi isə yarım ton aşağı enməlidir. (Bu halda altıncı pərdə «Şur»un üst aparıcı tonu olur və müvafiq hallarda yarım ton aşağı enir).

Kadans əsas tonun ikinci pərdəsində qurtardıqda səsqatarının altıncı pərdəsi («Şur» mayəsinin kvintası kimi) daha alçalmır.

Aşağıda «Şahnaz» ladında bəstələnmiş əsərə nümunə göstərilir.



| Çahargah | Şahnaz | Sarənc |

 

 



 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en