İKİNCİ HİSSƏ

XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI


IV. BÖYÜK SEKSTALAR QURULUŞU


1. «Hümayun» ladında musiqi bəstələnməsi


A. «Hümayun» ladı səsqatarının diapazonu

1/2 — 1 1/2 — 1/2 formulu üzrə qurulmuş və orta ton vasitəsilə birləşmiş iki bərabər tetraxord «Hümayun» ladının səsqatarını əmələ gətirir.

Bu ladın səsqatarında iki mayə vardır. Onlardan birincisini alt tetraxordun, dördüncü pərdəsi ikincisini isə üst tetraxordun dördüncü pərdəsi əmələ gətirir.

Birinci oktavadakı do lya səsləri mayə olarsa, «Hümayun» ladının səsqatarı bu şəkildə olar:


B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları

Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları haqqında danışmazdan əvvəl aşağıdakıları bilmək lazımdır.

Melodiyanın əmələ gəlməsi şərtləri alt tetraxordun bir oktava yuxarıya qaldırılmasını tələb edir. Bu halda səsqatarı belə olur.

Bu səsqatarı lyado mayəli iki natamam «Şüştər» səsqatarından ibarətdir.

Lya mayəli «Şüştər» ladının iki alt pərdəsi, do mayəli «Şüştər» ladının isə iki üst pərdəsi çatışmır. Çatışmayan alt və üst pərdələr əlavə edildikdə aşağıdakı səsqatarı alınır:

Yuxarıda göstərilən səsqatarında mi fa pərdələri təkrarlanmasa, onda aşağıdakı mürəkkəb səsqatarından ibarət «Hümayun» ladı alınar:

Göstərilən səsqatarında yerdəyişmə əmələ gəlmişdir: lya səsi birinci mayə, do səsi isə ikinci mayə vəziyyətini almışdır.

Bu səsqatarının pərdələrinə birinci oktava lya mayəli və ikinci oktava do mayəli «Şüştər» ladı səsqatarı kimi baxılmalıdır.

Müvafiq fəsildə «Şüştər» ladı haqqında deyilənlərin hamısı eyni zamanda «Hümayun» ladına da aiddir.


C. Tam və yarım kadanslar

Tam kadans adətən ikinci mayənin (do) alt kvartasında (sol) dayanmaqla əmələ gəlir; lakin «Hümayun»un başqa tamamlanma üsulu da vardır: qeyd etdiyimiz alt kvartada dayandıqdan sonra kadans yenə də davam edərək ikinci «Şüştər» səsqatarının ikinci pərdəsində (fa) dayanmaqla tamamlanır. Qeyd etmək lazımdır ki, «Hümayun» ladında melodiya çox vaxt bu pərdədən başlanır.




[ Hümayun: səhifələr 1 2 ]

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en