İKİNCİ HİSSƏ


ƏLAVƏ LADLAR

Səsqatarları quruluşca bərabər olmayan tetraxordların birləşməsindən əmələ gələn ladlara əlavə ladlar deyilir.

Azərbaycan musiqisində aşağıdakılar əlavə ladlar hesab olunur: 1) ikinci növ «Çahargah», 2) «Şahnaz», 3) «Sarənc».


1. İkinci növ «Çahargah» ladında musiqi bəstələnməsi

A. İkinci növ «Çahargah» ladı səsqatarının diapazonu

1/2 — 1 1/2 — 1/2 formulu üzrə qurulmuş tetraxord 1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxordla ayrı birləşdirilsə (yanaşı birləşmə), o zaman ikinci növ «Çahargah» ladının səsqatarı alınar:

1/2 — 1 1/2— 1/2+1 —1 — 1/2


Hər iki növ «Çahargah» səsqatarının diapazonu üç tetraxordun (alt, orta, üst) birləşməsindən ibarətdir; bunlardan alt tetraxord üst tetraxordun oktavasıdır. Ona görə də ikinci növ «Çahargah» ladının tam səsqatarı bu şəkildə olur:


B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları

Yuxarıda göstərilən səsqatarında pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları belə olur:

Səsqatarının birinci pərdəsi alt kvarta vəzifəsini görür. Bu pərdədən ancaq mayəyə sıçrayış etmək olar.


Səsqatarının ikinci pərdəsi mayənin alt mediantası vəzifəsini görür. Bu pərdədən ancaq mayəyə sıçrayış etmək olar.


Səsqatarının üçüncü pərdəsi mayənin alt aparıcı tonu vəzifəsini görür. Bu pərdədən mayənin üst aparıcı tonuna sıçrayış etmək olar.


Səsqatarının dördüncü pərdəsi səsqatarında mayə olur. Bu pərdədən yuxarıya doğru tersiya, kvarta və kvintaya, aşağıya doğru isə, alt medianta və alt kvartaya sıçrayış etmək olar.


Səsqatarının beşinci pərdəsi mayənin üst aparıcı tonu vəzifəsini görür. Bu pərdədən mayənin üst kvartasına, aşağıya doğru isə mayənin alt aparıcı tonuna sıçrayış etmək olar.


Səsqatarının altıncı pərdəsi mayənin üst tersiyası vəzifəsini görür. Bu pərdədən yuxarıya doğru mayənin kvintasına, aşağıya doğru isə mayəyə sıçrayış etmək olar.


Səsqatarının yeddinci pərdəsi mayənin üst kvartası vəzifəsini görür. Bu pərdədən yuxarıya doğru mayə kvintasının üst aparıcı tonuna, aşağıya doğru isə mayəyə və onun üst aparıcı tonuna sıçrayış etmək olar.


Səsqatarının səkkizinci pərdəsi mayə kvintası vəzifəsini görur. Bu pərdədən yuxarıya doğru mayə oktavasına, aşağıya doğru isə mayəyə və onun tersiyasına sıçrayış etmək olar.


Səsqatarının doqquzuncu pərdəsi: 1) kvintanın üst aparıcı tonu. 2) mayə oktavasının alt mediantası olmaq üzrə iki vəzifə daşıyır. Bu pərdədən yuxarıya doğru mayə oktavasına, aşağıya doğru isə mayənin üst kvartasına sıçrayış etmək olar.


Səsqatarının onuncu pərdəsi mayə oktavasının alt aparıcı tonu vəzifəsini görur. Aşağıya doğru mayə kvintasına sıçrayış etmək olar.


Səsqatarının onbirinci pərdəsi mayənin oktavası vəzifəsini görür. Bu pərdədən aşağıya doğru öz alt mediantasına və mayə kvintasına sıçrayış etmək olar.


C. Mümkün olan sıçrayışlar cədvəli

D. Tam və yarım kadanslar

İkinci növ «Çahargah» ladının tam və yarım kadansları eynilə birinci növ «Çahargah»da olduğu kimidir.



[ Çahargah: səhifələr 1 2 ]

| Çahargah | Şahnaz | Sarənc |

 

 


 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en