Əsas Azərbaycan ladlarından «Rast»ı əmələ gətirmək üçün hər hansı bir
tondan 1 — 1 — 1/2 formulu üzrə tetraxord qurmaq lazımdır. Sonra buna
birinci (qovuşuq) birləşmə üsulu ilə bir yuxarıdan və bir də aşağıdan
bərabər tetraxordlar birləşdirilməlidir. Əmələ gələn səsqatarlarında
orta tetraxordun birinci pərdəsi «mayə» adlanıb ladda tonika vəzifəsini
görür: birinci oktavadakı do mayəli «Rast» ladı:
Birinci oktavadakı mi-bemol mayəli «Rast» ladı:
Əsas Azərbaycan ladlarından «Şur»u əmələ gətirmək üçün 1 — 1/2 — 1 formulu
üzrə tetraxord qurmaq lazımdır. Bu tetraxordun birinci pərdəsi «Şur»
ladının mayəsi olacaqdır. Sonra buna birinci (qovuşuq) birləşmə üsulu
ilə bir yuxarıdan və bir də aşağıdan bərabər tetraxordlar birləşdirilməlidir;
məsələn: birinci oktavadakı re mayəli «Şur» ladı:
Birinci oktavadakı fa-diyez mayəli «Rast» ladı:
Əsas Azərbaycan ladlarından «Segah»ı əmələ gətirmək üçün 1/2 — 1 —
1 formulu üzrə tetraxord qurmaq lazımdır. Bu tetraxordun birinci pərdəsi
«Segah» ladının mayəsi olacaqdır. Sonra buna birinci birləşmə üsulu
ilə bir yuxarıdan və bir də aşağıdakı bərabər tetraxordlar birləşdirilməlidir;
məsələn: birinci oktavadakı mi mayəli «Segah» ladı:
Birinci oktavadakı do diyez mayəli «Segah» ladı:
Əsas Azərbaycan ladlarından «Şüştər»i əmələ gətirmək üçün
1/2 — 1— 1/2 formulu üzrə əksildilmiş tetraxord qurub, ona yuxarıdan
ikinci usul ilə (yanaşı birləşmə — artırılmış sekunda intervalı) bərabər
tetraxord birləşdirmək lazımdır; məsələn: birinci oktavadakı lya mayəli
«Şüştər» ladı:
Birinci oktvadakı sol mayəli «Şüştər» ladı:
Əsas Azərbaycan ladlarından «Çahargah»ı əmələ gətirmək
üçün 1/2 — 11/2 — 1/2 formulu üzrə tetraxord qurmaq
lazımdır. Bu tetraxordun birinci pərdəsi ladın mayəsi olacaqdır. Sonra
buna ikinci üsul ilə (yanaşı birləşmə — böyük sekunda intervalı) bir
bərabər tetraxord yuxarıdan və birinci üsul ilə (qovuşuq birləşimə)
bir bərabər tetraxord aşağıdan birləşdirilməlidir.
Birinci oktavadakı do mayəli «Çahargah» ladı:
Birinci oktavadakı fa mayəli «Çahargah» ladı:
Əsas Azərbaycan ladlarından «Bayatı-Şiraz»ı əmələ gətirmək üçün 1 —
1 — 1/2 formulu üzrə tetraxord qurmaq lazımdır. Bu tetraxordun axırıncı
(dördüncü) pərdəsi ladın mayəsi olur. Sonra buna üçüncü üsul ilə (orta
yarım ton vasitəsilə) bir bərabər tetraxord birləşdirilməlidir.
Birinci oktavadakı sol mayəli «Bayatı-Şiraz»
ladı:
Birinici oktavadakı re mayəli «Bayatı-Şiraz»
ladı:
Əsas Azərbaycan ladlarından «Hümayun»u əmələ gətirmək
üçün 1/2 — 11/2 — 1/2 formulu üzrə tetraxord qurub,
ona dördüncü üsul ilə (orta ton vasitəsilə) yuxarıdan bərabər tetraxord
birləşdirilməlidir. Bu ladın iki mayəsi vardır ki, bunlar alt və üst
tetraxordların dördüncü pərdəsindən ibarətdir.
Birinci oktavadakı do və lya mayəli
«Hümayun» ladı:
Birinci oktavadakı re və si mayəli «Hümayun» ladı:
[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1
2 3
4 5
6 7
8 ]