BİRİNCİ HİSSƏ

ƏSAS CƏHƏTLƏR

I. SƏS SİSTEMİ

Musiqişünasların fikrincə, «Şərq musiqisində» (Azərbaycan musiqisini də buraya daxil edirlər) butöv və yarım tondan başqa 1/3 və 1/4 ton da vardır.Bu iddia ən kiçik intervalı yarım ton olan Azərbaycan xalq musiqisinə aid edilə bilməz.

Avropa musiqisində olduğu kimi, Azərbaycan musiqisində də oktava 7 diatonik və 12 xromatik pərdədən ibarətdir. Fərq ancaq bundadır ki, Avropa musiqisindəki oktavada pərdələr müntəzəm, Azərbaycan musiqisində isə qeyri-müntəzəm temperasiya olunmuşdur.

Ona görə də temperasiyalı musiqi alətlərində (xüsusilə fortepianoda). Azərbaycan havaları ifa olunduqda, xüsusilə tersiya və seksta tonlarının ucalığında bə'zi uyğunsuzluqlar hiss olunur; Azərbaycan musiqisində böyük tersiya temerasiya tersiyasına nisbətən qısa, kiçik tersiya isə temperasiya tersiyasına nisbətən genişdir. Yarım ton temperasiyalıdan genişdir. Fərq təxminən bir komma qədərdir.

Qalan tonlardan xüsusilə kvarta və kvinta, demək olar ki, uyğun gəlirlər. Azərbaycan çalğı aləti tarın hər simi üzərində birinci oktavada 17 pərdə göstərilməsinə gəldikdə, qeyd etməliyik ki, bu 17 pərdə hər bir oktavada vardır. Misal üçün, fortepianodakı hər bir oktavada 7 sadə, 5 diezli vo 5 də bemollu səs vardır ki, bunların də cəmi 7+5+5= 17-dir. Diezli və bemollu səslər eyni dil (klaviş) vasitəsilə göstərilir.

Tarın ikinci oktavasında da eyni vəziyyət alınır; burada da enharmonik bərabər səslər pərdəaşırı göstərilir. Buradan aydın olur ki, temperasiyalı səslərə müəyyən dərəcədə alışdıqda Azərbaycan melodiyalarının temperasiyalı alətlərdə ifa olunması pis təəssürat oyatmaz. Tersiya tonlarının fortepianoda bir qədər uyğunsuz səslənməsi artırılmış sekundanın (tara nisbətən) daha dolğun, relyefli səslənməsilə əvəz olunur.

 

[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1 2 3 4 5 6 7 8 ]

 

 


 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en