BİRİNCİ HİSSƏ
ƏSAS CƏHƏTLƏR


II. TETRAXORDLARIN BİRLƏŞMƏ ÜSULLARI

 

Azərbaycan ladlarının səsqatarları tetraxordların yə'ni bir-birinin ardınca gələn dörd diatonik pərdənin birləşmələrindən qurulur.

Tetraxordlar xalis kvarta həcmində olarsa — xalis, artırılmış kvarta həcmində olarsa — artırılmış, əksildilmiş kvarta həcmində olarsa —əksildilmiş adlanırlar.

Tetraxordlar dörd üsul ilə birləşdirilə bilər: Birinci üsul — zəncirli birləşmədir; burada alt tetraxordun axırıncı tonu eyni zamanda üst tetraxordun birinci tonu olduğuna görə bu iki tetraxord arasında xalis pri- m a intervalı əmələ gəlir. Musiqi nəzəriyyəsinə aid tədris kitablarında buna qovuşuq - birləşmə deyilir.

İkinci üsul - yanaşı birləşmədir; burada alt tetraxordun axırıncı tonu ilə üst tetraxordun birinci tonu böyük sekunda intervalı (ayrı birləşmə) təşkil edir.

Üçüncü üsul — orta yarımton vasitəsilə birləşmədir; burada alt tetraxordun axırıncı tonu ilə üst tetraxordun birinci tonu kiçik tersiya intervalı təşkil edir.

Dördüncü üsul — orta ton vasitəsilə birləşmədir; burada alt tetraxordun axırıncı tonu ilə üst tetraxordun birinci tonu böyük tersiya intervalı təşkil edir.

Birləşdirilmiş tetraxordlar quruluşca bərabər və qeyri-bərabər ola bilər.

Bərabər tetraxordların birləşməsi səsqatarı sıralarında pərdələrin konsekvent qaydada ardıcıllığını yaradır. Bərabər quruluşlu xalis tetraxordların birinci üsul ilə birləşməsi ardıcıl xalis kvartalar sırasından ibarət səsqatarı əmələ gətirir.

Misal üçün:


Bərabər quruluşlu xalis tetraxordların ikinci üsul ilə birləşməsi, ardıcıl xalis kvintalar sırasından ibarət səsqatarı əmələ gətirir:


Bərabər quruluşlu xalis tetraxordların üçüncü üsul ilə birləşməsi ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı əmələ gətirir:


Bərabər quruluşlu xalis tetraxordların dördüncü üsul ilə birləşməsi ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı əmələ gətirir:

Yuxarıda göstərilən 12, 13, 14 və 15-ci misallardakı 1 — 1 — 1/2 yə'ni ton — ton — yarımton formulu ilə qurulmuş tetraxordlar əsas tetraxordlardır; bunların birinci və dördüncü pərdələri isə əsas ton hesab olunur.

Səsqatarlarının əmələ gəlməsində əsas tetraxordlardan başqa onların ikinci, üçüncü, dördüncü pərdələrindən və orta tonlarından qurulan əlavə tetraxordların da böyük əhəmiyyəti vardır.

Əlavə tetraxordlara misal göstərək:

Bunlardan «A» ilə işarə olunmuş tetraxord xalis tetraxorddur: onun quruluş formulu belədir: 1 — 1/2—1.

«B» ilə işarə olunan da xalis tetraxorddur quruluş formulu belədir:
1/2 — 1 — 1,

«C» ilə işarə olunan isə artırılmış tetraxorddur; quruluş formulu belədir: 1 — 1 — 1 (triton — üç ton).

1 — 1 — 1/2 (əsas) və habelə 1— 1/2 — 1 (əlavə) formulu ilə qurulan tetraxordların hər pərdəsi musiqi ifadələrinin və kadansların yaxşı tamamlanması üçün əlverişlidir.

 

 

[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1 2 3 4 5 6 7 8 ]

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en