Çap
nəşrinin redactorundan.

Bakı, “Yazıçı”, 1985

Elektron
nəşrinin redaktorundan.

Bakı, “Musiqi
Dünyası”, 2002


AZƏRBAYCAN XALQ MUSİQİSİNİN ƏSASLARI
BİRİNCİ  HİSSƏ

Əsas cəhətlər
İKİNCİ HİSSƏ

Xalq üslubunda Azərbaycan ladlarında musiqi bəstələmək qaydaları
 
 


BİRİNCİ   HİSSƏ
ƏSAS CƏHƏTLƏR

III. AZƏRBAYCAN LADLARI SƏSQATARLARININ
QURULMA QAYDALARI


A. Əsas ladların səsqatarları

Bütün bu deyilənlərdən aydın olur ki, Azərbaycan ladları səsqatarlarının əsasını təşkil edən tetraxordlar aşağıdakı müxtəlif şəkillərdə olur:

1) 1 — 1 — 1/2 əsas
2) 1 — 1/2 — 1 əlavə
3) 1/2 1 — 1 əlavə
4) 1/2— 1— 1/2 əksildilmiş
5) 1/2 — 1 1/21/2 artırılmış sekundalı.

Bu beş tetraxordun hər biri, nəzəri surətdə, birinci fəsildə qeyd etdiyimiz dörd üsuldan hər biri ilə birləşə bilər, lakin bu birləşmələrdən alınan 20 səsqatarının ancaq müəyyən qismi Azərbaycai ladlarını təşkil etməyə yarayır.

Əsas Azərbaycan ladlarını əmələ gətirmək üçün nəzərdə tutulan səsqatarında iki şərt gözlənilməlidir:

1)  Quruluşda ciddi konsekvent qayda, yə'ni səsqatarları ardıcıl xalis   kvartalar və ya xalis   kvintalar, böyük və ya kiçik sekstalar sırasından təşkil olunmalıdır.
2)  Səsqatarının pərdələri  triton əmələ  gətirməməlidir.

Əsas Azərbaycan ladlarının səsqatarını qurmaq üçün tetraxord seçərək onun hər pərdəsindən yuxarıya və ya aşağıya doğru xalis kvartalar və ya xalis kvintalar və i. a. qurmaq lazımdır. Əgər alınan səsqatarında triton yoxdursa, o, əsas Azərbaycan ladlarından birinin əsasını təşkil edə bilər.

1 — I — I /2 formulu üzrə qurulmuş əsas tetraxordların birləşməsindən əmələ gələn səs qatarları.

Xalis   kvartalar   quruluşu

Əgər 1—1 — 1/2 formulası üzrə qurulmuş xalis tetraxordun hər pərdəsindən xalis kvartalar qurularsa, o zaman ardıcıl xalis kvartalar sırasından ibarət səsqatarı alınar; misal üçün:

Bu səsqatarı 1—1 — 1/2 formulu üzrə qurulmuş və birinci üsul (qovuşuq birləşmə) ilə birləşmiş iki bərabər tetraxorddan ibarətdir. Bu səsqatarı Azərbaycan ladı «Rast»ın əsasını təşkil edir.

Xalis   kvintalar   quruluşu

Əgər əsas tetraxordun hər pərdəsindən xalis kvintalar qurularsa, o zaman ardıcıl xalis kvintalar sırasından ibarət səsqatarı alınar.

Bu səsqatarında triton  olduğuna görə, o, Azərbaycan ladının əmələ gəlməsi üçün əsas o l a    b i l m ə z (20-ci misala bax).

Kiçik   sekstalar   quruluşu

Əgər əsas tetraxordun hər pərdəsindən kiçik sekstalar qurularsa, o zaman ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı alınar; misal üçün:

Bu səsqatarı 1—1—1/2 formulu üzrə qurulmuş və üçüncü üsul ilə (orta yarımton vasitəsilə) birləşmiş iki bərabər əsas tetraxorddan ibarətdir. Əmələ gələn səsqatarı «Bayatı-Şiraz» ladının əsasını təşkil edir.

 

[ ƏSAS CƏHƏTLƏR:    səhilər 1 2 3 4 5 6 7 8 ]

 

 
© Copiright by Musigi Dunyasi