İKİNCI
HİSSƏ
XALQ
ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ
BƏSTƏLƏMƏK QAYDALARI
I.
XALİS KVARTALAR QURULUŞU

5. «Segah» ladında musiqi bəstələnməsi
A. «Segah» ladı səsqatarının
diapazonu
1/2
— 1 — 1 formulu üzrə qurulmuş və qovuşuq
(zəncirvarı) üsulda birləşmiş üç
bərabər tetraxord «Segah» ladının səsqatarını
əmələ gətirir.
Bu səsqatarında orta tetraxordun birinci pərdəsi
ladın mayəsidir.
Birinci oktavadakı mi mayə olarsa, «Segah»
ladının səsqatarı belə olar:
Bu
səsqatarı ardıcıl xalis kvartalar sırasıdan ibarətdir:
B.
Pərdələrin lad vəzifələri və
onların sıçrayış imkanları
«Segah»
ladı səsqatarında pərdələrin lad
vəzifələri və onların sıçrayış
imkanları belə olur.
 |
Səsqatarının
birinci pərdəsi əsas tonun alt aparıcı
tonu vəzifəsini görür. Bu pərdədən
sıçrayışlar etmək olmaz.
|
 |
Səsqatarının
ikinci pərdəsi əsas ton, yə'ni mayənin
alt tersiyası vəzifəsini görür.
Bu pərdədən mayəyə onun
üst aparıcı tonuna, kvintaya və kvintanın
üst aparıcı tonuna sıçrayış
etmək olar.
|
 |
Səsqatarının
üçüncü pərdəsinin
heç bir vəzifəsi yoxdur.
|
 |
Səsqatarının
dördüncü pərdəsi ladın mayəsi
vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru əsas tonun kvintasına,
aşağıya isə tersiyaya (əsas tona)
sıçrayış etmək olar.
|
 |
Səsqatarının
beşinci pərdəsi üst aparıcı
ton vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru əsas tonun kvintasının
üst aparıcı tonuna (mütləq kvintada
tamamlanmaq şərtilə), aşağıya
isə əsas tona sıçrayış etmək
olar.
|
 |
Səsqatarının
altıncı pərdəsi əsas tonun kvintası
vəzifəsini görur. Bu pərdədən
yuxarıya doğru əsas tonun oktavasına,
aşağıya isə mayəyə və
əsas tona sıçrayış etmək
olar.
|
 |
Səsqatarının
yeddinci pərdəsi əsas tonun kvintasının
üst aparıcı tonu vəzifəsini görur.
Bu pərdədən yuxarıya doğru əsas
tonun oktavasına, aşağıya isə mayənin
üst aparıcı tonuna sıçrayış
etmək olar.
|
 |
Səsqatarının
səkkizinci pərdəsi əsas tonun kvintasına
nisbətən medianta vəzifəsini görür,
Bu pərdədən ancaq sekvensiyalarda tersiyavarı
sıçrayışlar etmək mümkündür.
|
 |
Səsqatarının
doqquzuncu pərdəsi əsas tonun oktavası
vəzifəsini görur. Bu pərdədən
ancaq aşağıya doğru əsas tonun
kvintasına və həmin kvintanın üst
aparıcı tonuna sıçrayış
etmək olar.
|
 |
Səsqatarının
onuncu pərdəsi sərhəd tonu vəzifəsini
görür. Bu pərdədən sıçrayışlar
etmək olmaz.
|
C. Mümkün
olan sıçrayışlar cədvəli

D. Tam və
yarımkadanslar
Tam kadans mayə ilə qurtarır.
Mayəyə ancaq yuxarıdan pilləvari və
bilavasitə əsas tondan sıçrayışla
yanaşmaq olar. Tam kadansa misallar:
Yarım kadans əsas tonun kvintasında
dayanmaqla təşkil olunur.
Yuxarıda göstərilən pərdəyə
həm yuxarıdan, həm də aşağıdan
yalnız pilləvari yanaşmaq olar.
Yarımkadansa misallar:

[
Segah: səhifələr
1
2
]
|
Rast | Şur
| Segah
|
|