İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
I. XALİS KVARTALAR QURULUŞU
Bundan sonra «Səmayi-şəms» şöbəsi gəlir.
«Səmayi-şəms»
səsqatarının bir oktava yuxarıya köçürülməsini tələb edir. «Səmayi-şəms»də
melodiya «Mayeyi-Şur» dairəsində gəzişir. Ona görə də əsərdə bütövlük
olmaq üçün yeni musiqi əvəzinə «Mayeyi-Şur»u bir oktava yuxarıda təkrar
etmək məsləhət görülür.
«Səmayi-şəms» əsərin ən yüksək nöqtəsidir ki, bundan sonra
başlanğıc nöqtəyə, yəni «Mayeyi-Şur»a enmək tələb olunur. Bu eniş «Nişibi-fəraz»
şöbəsi vasitəsilə başa gəlir. Əgər «Bayatı-kürd» kvinta yuxarı qurulmuş
«Şur» tərəfə yönəlməlidirsə, «Nişibi-fəraz»
isə kvarta yuxarı yönəlməlidir. Ona görə də yeni musiqi bəstələmək əvəzinə
«Hicaz» şöbəsini kvarta yuxarı təkrar etmək məsləhət görülür ki, bununla
da kvarta quruluşu tərəfə yönəlmə əldə edilmiş olur.

Sonra «Zəmin-xara» melodiyasını kvarta yuxarı köçürərək, kvarta «Şur»unda
gəzişmək yaxşı olar.
Nəhayət, kvarta yuxarı «Şur»un mayəsini «Şur-Şahnaz» hesab edib, «Şur»
mayəsinə keçmək və onun ətrafında gəzişmək lazımdır.

Beləliklə, «Şur» ladında bəstələnən əsərin bütöv şəkli belə olur:

[ Şur: səhifələr 1 2
3 4
5 ]