İKİNCİ HİSSƏ

XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI


I. XALİS KVARTALAR QURULUŞU

 

C. Mümkün olan sıçrayışlar cədvəli.


D. Tam və yarım kadanslar.

Tam kadans mayə ilə qurtarır.

Mayəyə pilləvari yuxarıdan, aşağıdan və bilavasitə sıçrayış yolu ilə yanaşmaq olar. Tam kadanslara misallar:

Üst aparıcı ton, üst medianta, üst kvarta və üst kvintada dayanmaqla yarım kadans təşkil oluna bilər.

Yuxarıda göstərilən pərdələrə ancaq pilləvari həm yuxarıdan, həm də aşağıdan; üst aparıcı tona isə ancaq yuxarıdan hərəkət etməklə yanaşmaq mümkündur.
Yarım kadanslara misallar:

4. «Şur» ladında melodiyalar bəstələnməsi

«Şur» ladında melodiya bəstələyərkən müvafiq fəsildə «Rast» ladına dair göstərilmiş qaydalar əsas götürülməlidir.
Aşağıda «Şur» ladının birinci şöbəsi olan, «Mayeyi-Şur»a misal göstərilir.

«Mayeyi-Şur» tələb edir ki, onun birinci ifadəsi ikinci xanənin əvvəlində mayə ilə qurtarsın, ikinci ifadə isə dördüncü xanənin əvvəlində yarım kadans əmələ gətirsin.

Cavabverici cümlə səkkizinci xanənin əvvəlində mayə ilə qurtarır və eynilə, yaxud variasiya şəklində təkrarlanma tələb edir.

Qeyd. Başlanğıc pərdə göstərilmədikdə onu sərbəst surətdə seçmək olar. Bu qayda bütün ladlarda melodiya bəstələməyə aiddir.


«Mayeyi-Şur» şöbəsinə misal:


«Mayeyi-Şur»dan sonra «Zəmin-xara» şöbəsi gəlir. «Zəmin-xara» tələb edir ki, birinci ifadə ikinci xanənin əvvəlində mayənin üst mediantası (fa) ilə qurtarsın.


Dördüncü xanənin əvvəlində yarım kadans əmələ gətirən cavabverici ifadə mediantada, üst aparıcı tonda və habelə mayənin üst kvartasında qurtara bilər.


Yuxarıda göstərilən variantlardan birini «Zəmin-xara»nın birinci cümləsi hesab edib, ona «Mayeyi-Şur» şöbəsindən cavabverici bir cümlə birləşdirmək lazımdır.


Qoşulmuş havanın birinci dəfə genişlənməsinə misal:



[ Şur: səhifələr 1 2 3 4 5 ]

| Rast | Şur | Segah |

 


 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en