İKİNCİ HİSSƏ

XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI


I. XALİS KVARTALAR QURULUŞU

 

Növbəti şöbə «Şur-Şahnaz»dır. «Şur-Şahnaz»ı bəstələyərkən birinci ifadə mayənin üst kvartası ilə ikinci xanənin əvvəlində qurtarmaldır.


Cavabverici ifadə dördüncü xanənin əvvəlində həmin pərdə ilə yarım kadans təşkil edir.

Yuxarıda göstərilən cümləyə səkkizinci xanədə mayənin üst aparıcı tonu ilə (əsas tonun tersiyasında) qurtaran cavabverici cümlə bəstələmək lazımdır.

Bundan sonra «Şur-Şahnaz»ın birinci cümləsini təkrar edib «Mayeyi-Şur»un cavabverici cümləsini ona birləşdirmək lazımdır.



Bəstələnmiş havanın ikinci dəfə genişlənməsinə misal:

 

Bundan sonra gələn şöbə «Hicaz»dır.
«Hicaz»da birinci ifadə mütləq mayənin kvintasından başlanmalıdır; yaxşı olar ki, o, ikinci xanənin əvvəlində mayənin üst kvartasında tamamlansın.

Cavabverici ifadə dördüncü xanənin əvvəlində yarım kadans təşkil edərək, yenə həmin pərdədə qurtarır.


Başlanğıc cümlə öz variantını tələb edir:

Cavabverici cümlə səkkizinci xanənin əvvəlində üst mediantada, çox zaman isə mayədə qurtara bilər.

«Hicaz» şöbəsini «Mayeyi-Şur» ilə əlaqələndirmək üçün «Zəmin-xara»nı axıra qədər təkrar etmək lazımdır.


[ Şur: səhifələr 1 2 3 4 5 ]

| Rast | Şur | Segah |

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en