İKİNCİ HİSSƏ


ƏLAVƏ LADLAR

5. «Sarənc» ladında musiqi bəstələnməsi

A. «Sarənc» ladı səsqatarının diapazonu

«Sarənc» əlavə ladı səsqatarının quruluş formulu ikinci növ «Çahargah» ladı səsqatarının quruluş formulu kimidir; yəni:

1/2 —1 1/2 — 1/2 + 1 — 1 — 1/2

Fərq bundadır ki, ikinci növ «Çahargah» ladı səsqatarında alt tetraxordun axırıncı pərdəsi ilə üst tetraxordun birinci pərdəsi arasında bütöv ton, «Sarənc» səsqatarında isə yarım ton olur.

Alt tetraxordun sonuncu pərdəsi ladın mayəsidir.

Birinci oktavadakı mi səsi mayə olduqda, əlavə «Sarənc» ladının səsqatarı bu şəkildə olur:

 

B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları

Yuxarıda göstərilən səsqatarında ikinci pərdə do öz əhəmiyyətinə görə tamamilə biri-birinə zidd olan iki vəzifə daşıyır. Bu pərdə bir tərəfdən səsqatarının birinci pərdəsinə münasibətdə sabit olmayan üst aparıcı ton, o biri tərəfdən isə səsqatarının dördüncü və altıncı pərdələrinə münasibətdə sabit olan əsas tondur. Ona görə də digər pərdələrin vəzifələri həm əsas tona və həm də mayəyə münasibətdə müəyyənləşir. Bu baxımdan:

Səsqatarının birinci pərdəsi bir tərəfdən mayənin alt kvartası, o biri tərəfdən isə əsas tonun alt aparıcı tonu vəzifəsini görür. Bu pərdədən yuxarıya mayəyə sıçrayış etmək olar.

 

Səsqatarının ikinci pərdəsi: 1) alt kvartanın üst aparıcı tonu, 2) səsqatarının əsas tonu, 3) mayənin alt tersiyası olmaqla üç vəzifə daşıyır. Bu pərdə əsas ton olduğu zaman ondan yuxarıya doğru tersiya, kvarta və kvintaya sıçrayış etmək olar.

 

Səsqatarının üçüncü pərdəsi mayənin alt aparıcı tonu vəzifəsini görür. Bu pərdədən mayənin üst aparıcı tonuna (əksildilmiş tersiya) sıçrayış etmək olar.

 

Səsqatarının dördüncü pərdəsi ladda mayə olur. Bu pərdədən yuxarıya doğru əsas tonun kvintasına, aşağıya doğru isə əsas tona sıçrayış etmək olar.

 

Səsqatarının beşinci pərdəsi mayənin üst aparıcı tonu və əsas tonun üst kvartası vəzifələrini görür. Bu pərdədən yuxarıya doğru əsas tondan kvintanın üst aparıcı tonuna, aşağıya doğru isə əsas tona sıçrayış etmək olar.

 

Səsqatarının altıncı pərdəsi əsas tonun kvintası vəzifəsini görür. Bu pərdədən aşağıya doğru mayəyə və əsas tona sıçrayış etmək olar.

 

Səsqatarının yeddinci pərdəsi əsas ton kvintasının üst aparıcı tonu vəzifəsini görür. Bu pərdədən əsas tonun üst kvartasına sıçrayış etmək olar.

 

Səsqatarının səkkizinci pərdəsi sərhəd ton vəzifəsini görür. Bu pərdədən sıçrayış etmək olmaz.


C. Mümkün olan sıçrayışlar cədvəli

D. Tam və yarım kadanslar

Əlavə «Sarənc» ladı alt aparıcı tonundan başqa özünün bütün pərdələrinə və mayəsinin səsqatarında tutduğu vəziyyətə görə «Segah» ladına oxşardır. Onun həm tam, həm də yarımkadansları «Segah» ladında olduğu kimidir.


[ Sarənc: səhifələr 1 2 ]

| Çahargah | Şahnaz | Sarənc |

 

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en