İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
III. KİÇİK SEKSTALAR QURULUŞU
1. «Bayatı-Şiraz» ladında musiqi bəstələnməsi
A. «Bayatı-Şiraz» ladı səsqatarının diapazonu
1 — 1 —1/2 formulası üzrə qurulmuş və orta yarımton vasitəsilə
birləşmiş (üst tetraxordun birinci pərdəsinə nisbətən) iki bərabər tetraxord
«Bayatı-Şiraz» ladının səsqatarını əmələ gətirir.
Bu səsqatarında alt tetraxordun axırıncı pərdəsi ladın
mayəsidir. Birinci oktavadakı do səsi mayə olarsa, «Bayatı-Şiraz»
ladının səsqatarı bu şəkildə olar:
Bu səsqatarı ardıcıl kiçik sekstalar sırasından ibarətdir.
B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları
Yuxarıda göstərilən səsqatarında pərdələrin vəzifəsi və onların sıçrayış
imkanları belə olur:
Səsqatarının
birinci pərdəsi mayənin alt kvartası vəzifəsini görür. Bu pərdədən yuxarıya
doğru mayəyə sıçrayış etmək olar.
Səsqatarının
ikinci pərdəsi mayənin alt mediantası vəzifəsini görür. Bu pərdədən
mayəyə və onun üst aparıcı tonuna sıçrayış etmək olar.
Səsqatarının
üçüncü pərdəsi mayənin alt aparıcı tonu vəzifəsini görür. Bu pərdədən
mayənin üst aparıcı tonuna sıçrayış etmək olar.
Səsqatarının
dördüncü pərdəsi ladın mayəsi vəzifəsini görür. Bu
pərdədən yuxarıya doğru: kvarta və kvinta, aşağıya doğru isə medianta
və kvartaya sıçrayış etmək olar.
Səsqatarının
beşinci pərdəsi mayənin üst aparıcı tonu vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru: mayənin kvarta və kvintasına, aşağıya doğru isə: Mayənin
alt aparıcı tonuna sıçrayış etmək olar.
Səsqatarının
altıncı pərdəsi mayənin üst mediantası vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru: mayənin kvintasına, aşağıya doğru isə: mayəyə sıçrayış
etmək mümkündür.
Səsqatarının
yeddinci pərdəsi mayənin üst kvartası vəzifəsini görür. Bu pərdədən
aşağıya doğru: mayənin üst aparıcı tonuna və mayəyə sıçrayış etmək olar.
Səsqatarının
səkkizinci pərdəsi mayənin kvintası vəzifəsini görür. Bu pərdədən aşağıya
doğru: mayənin üst mediantasına, üst aparıcı tonuna və mayəyə sıçrayış
etmək olar.
Səsqatarının
doqquzuncu pərdəsi, mayə kvintasının üst aparıcı tonu vəzifəsini görür.
Bu pərdədən ancaq mayənin üst kvartasına sıçrayış etmək olar.
C. Mümkün olan sıçrayışlar cədvəli
D. Tam və yarım kadanslar
Tam kadans mayə ilə qurtarır. Mayəyə ardıcıl pərdələrlə yuxarıdan və
aşağıdan aparıcı tonlar vasitəsilə və bilavasitə kvintadan aşağıya və
kvartadan yuxarıya sıçrayış etməklə yanaşmaq olar.
Yarım kadans alt medianta, kvarta, habelə üst aparıcı
tonda dayanmaqla əldə edilə bilər. Bu halda üst aparıcı ton, hazırlanmamış
gecikən səsdən ibarət olur; gecikən səs isə mayənin mediantasıdır.
[ Bayatı-Şiraz: səhifələr 1
2 ]