İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
II. XALİS KVİNTALAR QURULUŞU
Səsqatarları ardıcıl xalis kvintalar sırası əmələ gətirən ladlar bunlardır:
«Şüştər» və «Çahargah».
1. «Şüştər» ladında musiqi bəstələnməsi
A. «Şüştər» ladı səsqatarının diapazonu
1/2 — 1 — 1/2 formulu üzrə qurulmuş və ayrı birləşmiş
(alt tetraxordun dördüncü pərdəsilə üst tetraxordun birinci pərdəsi
arasında artırılmış sekunda intervalı əmələ gəlir) iki bərabər tetraxord
«Şüştər»
ladının səsqatarını əmələ gətirir.
Bu səsqatarında üst tetraxordun ikinci pərdəsi ladın mayəsidir.
Birinci oktavadakı do səsi mayə olarsa, «Şüştər» ladının səsqatarı
bu şəkildə olar:
Bu səsqatarı ardıcıl xalis kvintalar sırasından ibarətdir.
B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları
Yuxarıda göstərilən səsqatarında pərdələrin lad vəzifələri və onların
sıçrayış imkanları belə olur:
Səsqatarının
birinci pərdəsi mayənin alt sekstası (tersiyanın dönməsi) vəzifəsini
görür. Bu pərdədən mayənin alt kvartasına sıçrayış etmək olar.
Səsqatarının
ikinci pərdəsi mayə alt sekstasının üst aparıcı tonu vəzifəsini görür.
Bu pərdədən mayənin alt tersiyasına sıçrayış etmək olar.
Səsqatarının
üçüncü pərdəsi: 1) mayənin alt kvartası və 2) tamamlayıcı pərdə olmaq
üzrə iki vəzifə daşıyır. Bu pərdədən mayəyə və onun üst aparıcı tonuna
sıçrayış etmək olar.
Səsqatarının
dördüncü pərdəsi həm mayənin alt kvartasının üst aparıcı tonu, həm də
mayənin alt tersiyası vəzifəsini görür. Bu pərdədən yuxarıya doğru mayəyə,
aşağıya doğru isə mayə alt sekstasının üst aparıcı tonuna sıçrayış etmək
olar.
Səsqatarının
beşinci pərdəsi mayənin alt aparıcı tonu vəzifəsini görur. Bu pərdədən
yuxarıya doğru mayənin üst aparıcı tonuna, aşağıya doğru isə mayənin
alt kvartasına sıçrayış etmək olar.
Səsqatarının
altıncı pərdəsi səsqatarının mayəsi vəzifəsini görür.
Bu pərdədən mayənin üst mediantasına, alt tersiyasına və alt kvartasına
sıçrayış etmək olar.
Səsqatarının
yeddinci pərdəsi mayənin üst aparıcı tonu vəzifəsini görur. Bu pərdədən
mayənin alt aparıcı tonuna və alt kvartasına sıçrayış etmək olar.
Səsqatarının
səkkizinci pərdəsi mayənin üst mediantası vəzifəsini görür. Bu pərdədən
aşağıya doğru mayəyə sıçrayış etmək olar.
[ Şüştər: səhifələr 1
2 ]