İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
II. XALİS KVİNTALAR QURULUŞU
C. Mümkün olan sıçrayış cədvəli
D. Tam və yarım kadanslar
Adətən bütün ladlarda tam kadans melodiyanın mayədə dayanması
ilə müəyyənləşir. Azərbaycan ladlarından «Şüştər» və «Hümayun» bu cəhətdən
istisna təşkil edir; «Şüştər» ladında melodiya mayədə dayanarsa, yarım
kadans, mayənin alt kvartasında dayanarsa, tam kadans təsiri bağışlayır.
Mayəyə yuxarıdan və aşağıdan aparıcı tonlar vasitəsilə və bilavasitə
alt kvartadan sıçrayış etməklə yanaşmaq olar; alt kvartaya isə yuxarıdan
və aşağıdan ardıcıl pillələrlə, aparıcı tonlar vasitəsilə, həmçinin
bilavasitə mayədən sıçrayış etməklə yanaşmaq olar. Kadanslara misallar:
2. «Şüştər» ladında melodiyalar bəstələnməsi
«Şüştər» ladında melodiyalar bəstələyərkən müvafiq fəsillərdə
müxtəlif ladlara aid göstərilmiş qaydalar əsas götürülməlidir.
Aşağıda «Mayeyi-Şüştər» adlı birinci şöbəyə misal göstərilir.
«Mayeyi-Şüştər»
tələb edir ki, birinci ifadə ikinci xanənin əvvəlində mayənin alt kvartasında,
cavabverici ifadə isə dördüncü xanənin əvvəlində mayədə qurtararaq yarım
kadans əmələ gətirsin.
Cavabverici cümlə səkkizinci xanənin əvvəlində mayənin alt kvartası
ilə tam kadans kimi qurtardıqdan sonra, variasiya şəklində və ya eynilə
təkrarlanmasını tələb edir.
Sonra «Tərkib» adlı şöbə gəlir. «Tərkib»in
birinci ifadəsi ümumiyyətlə mayənin üst aparıcı tonu ilə başlanır. Bu
ifadə ikinci xanənin əvvəlində həmin pərdədə və habelə mayədə dayanmağa
yol verir. Cavabverici ifadə dördüncü xanənin əvvəlində mütləq ladın
mayəsində qurtarır. Birinci cümlə variasiya şəklində təkrarlanmasını
tələb edir. Təkrarlanma zamanı bir variant kimi mayənin üst aparıcı
tonundan səsqatarı xaricinə, daha doğrusu, mayə mediantasından bir ton
yuxarıya sıçrayış etmək olar.
Variant şəklində olan bu cümləyə «Mayeyi-Şüştər»in cavabverici
cümləsini birləşdirmək lazımdır.
«Şüştər» ladında bəstələnən əsərə misal:
Bununla da «Şuştər» ladında musiqi bəstələnməsi bitir.
[ Şüştər: səhifələr 1
2 ]