DİDAKTİK MATERİAL


Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» elektron nəşrinə misal göstərilən bölməsi müntəzəm olaraq yeniləşdirilən və Bakı Musiqi Akademiyasının «Musiqiçinin elektron kitabxanası»nın məlum bazasından edilən əlavələr açıq infomasiya sistemi kimi müəllif orijinalının arxitekturasını pozmur. Əksinə, informasiya texnologiyaları yeniliklərinin tədbiq olunması keyfiyyətcə yeni informasiya məhsullarının yaradılmasını stimullaşdırır, informasiyanın vizuallaşdırılması üfüqlərini, milli musiqi elminin, təhsilin və mədəniyyətin infrastrukturunu genişləndirir.

Təqdim olunan internet-səhifəsinin əsas vəzifəsi Şəbəkənin istifadəçilərinə bilavasitə real müddətdə səsli səviyyədə kolleksiyalaşdırılmış arxiv materiallarının öyrənilməsinə imkan verən musiqili didaktikanın yeni metodunun işlənib hazırlanması, şəbəkə oxucusunun səsləndirilən materialın, onu maraqlandıran seqmentin mətnin orfoqrafik not yazısı ilə birlikdə fraqmentlərlə əlaqələndirməyə imkan verir. Daha çox, bütövlükdə distant musiqi tədrisi dövründə gələcəkdə texniki cəhətdən daha geniş imkanlar yarada bilər.

Səsyazmanın korpusunun metodik sisteminin yaradılmasına verilən bu cür tələb başlıca olaraq Ü.Hacıbəyovun kitabında Azərbaycan xalq musiqisinin ladlarının düzülüşlərinə həsr olunmuş nəzəri materialın praktiki mənimsənilməsi xarakterilə müəyyən edilir.

Kitabın elektron nəşrinin MP3 formatda təklif olunan musiqili illüstrasiyaları internet istifadəçilərini Azərbaycan musiqisinin rəngarəng dünyası, onun janr zənginliyi – xalq mahnıları, rəqslər, muğamlar, Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış edir. Bununla birlikdə bu janrlardan hər biri Azərbaycan xalq musiqisinin ladlarının əsas xüsusiyyətlərinə uyğun gəlir.

 

"RAST"


"ŞUR"


"SEGAH"


"ŞÜŞTƏR"


"ÇAHARGAH"


"BAYATI-ŞİRAZ"


"HÜMAYUN"


"SARƏNC"






 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en