İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
II. XALİS KVİNTALAR QURULUŞU
3. «Çahargah» ladında musiqi bəstələnməsi
A. «Çahargah» ladı səsqatarının diapazonu
1/2 — 1 1/2 — 1/2 formulu üzrə qurulmuş üç bərabər tetraxord
«Çahargah» ladının səsqatarını əmələ gətirir; bu şərtlə ki, bunlardan
alt tetraxord orta tetraxordla qovuşuq (zəncirvari) üsulda və orta tetraxord
üst tetraxordla ayrı (yanaşı birləşmə) üsulda birləşsin.
Birinci oktavadakı do mayə olarsa, «Çahargah»
ladının səsqatarı bu şəkildə olar:
Bu səsqatarı kiçik oktava sol səsindən birinci
oktava fa səsinə qədər ardıcıl xalis kvartalar sırası, birinci
oktava do səsindən ikinci oktava do səsinə qədər isə
ardıcıl xalis kvintalar sırası əmələ gətirir.
Major qammaları səsqatarında olduğu kimi, bu səsqatarında
da pərdələrin tam konsekventliyi onların ardıcıl xalis oktavalar sırasından
ibarət olmasındadır.
B. Pərdələrin lad vəzifələri və onların sıçrayış imkanları
Yuxarıdakı səsqatarında pərdələrin lad vəzifələri və onların sıçrayış
imkanları belə olur:
Səsqatarının
birinci pərdəsi: 1) mayənin alt kvartası və 2) mayə alt tersiyasının
alt aparıcı tonu olmaqla iki vəzifə daşıyır. Bu pərdədən ancaq mayəyə
sıçrayış etmək olar.
Səsqatarının
ikinci pərdəsi mayənin alt tersiyası vəzifəsini görür. Bu pərdədən mayəyə
və onun üst aparıcı tonuna sıçrayış etmək olar.
Səsqatarının
üçüncü pərdəsi mayənin alt aparıcı tonu vəzifəsini görür. Ancaq mayənin
üst aparıcı tonuna (əksildilmiş tersiya) sıçrayış etmək olar.
Səsqatarının
dördüncü pərdəsi ladın mayəsi vəzifəsini görür. Bu
pərdədən yuxarıya doğru üst tersiyaya, kvarta və kvintaya, aşağıya doğru
isə alt tersiyaya və kvartaya sıçrayış etmək olar.
Səsqatarının
beşinci pərdəsi mayənin üst aparıcı tonu vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru mayənin üst kvartasına, aşağıya doğru isə mayənin alt
tersiyasına sıçrayış etmək olar.
Səsqatarının
altıncı pərdəsi mayənin üst tersiyası vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru mayənin kvintasına, aşağıya doğru isə mayəyə sıçrayış
etmək olar.
Səsqatarının
yeddinci pərdəsi mayənin üst kvartası vəzifəsini görür. Bu pərdədən
yuxarıya doğru mayədən kvintanın üst aparıcı tonuna, aşağıya doğru isə
mayəyə və onun üst aparıcı tonuna sıçrayış etmək olar.
Səsqatarının
səkkizinci pərdəsi mayənin kvintası vəzifəsini görür. Bu pərdədən yuxarıya
doğru mayənin oktavasına, aşağıya doğru isə mayəyə və onun tersiyasına
sıçrayış etmək olar.
Səsqatarının
doqquzuncu pərdəsi mayə kvintasının üst aparıcı tonu vəzifəsini görür.
Bu pərdədən aşağıya doğru mayənin üst kvartasına, yuxarıya doğru isə
mayənin oktavasına sıçrayış etmək olar.
Səsqatarının
onuncu pərdəsi mayə oktavasının alt aparıcı tonu vəzifəsini görur. Bu
pərdədən ancaq mayənin kvintasına sıçrayış etmək olar.
Səsqatarının
on birinci pərdəsi mayənin oktavası olur. Bu pərdədən kvintanın üst
aparıcı tonuna və mayənin kvintasına sıçrayış etmək olar.
C. Mümkün olan sıçrayışlar cədvəli
D. Tam və yarım kadanslar
Tam kadans mayə ilə qurtarır. «Çahargah» ladının mayəsinə ardıcıl pərdələrlə
yuxarıdan, aşağıdan və bilavasitə alt tersiyadan sıçrayış etməklə yanaşmaq
olar.
Tam kadansa misallar:
Yarım kadanslar mayənin üst kvarta və kvintasında dayanmaqla
yarana bilər. Bu pərdələrə aşağıdan və yuxarıdan ardıcıl pillələrlə
yanaşmaq olar.
Yarım kadansa misallar:
Qeyd. «Çahargah» ladı mayəsinin kök
etibarilə bir neçə vəzifəsi olduğu üçün (əsas ton, kvarta və tersiya)
bir çox hallarda musiqi ifadəsinin mayədə qurtarmasına baxmayaraq, bu
ifadə yarımkadans təsiri bağışlayır.
[ Cahargah: səhifələr 1
2 3
]