İKİNCİ HİSSƏ
MELODİK BƏZƏKLƏR (MELİZMLƏR)
Melodiyanı müxtəlif melodik vasitələrlə zənginləşdirmək, gözəlləşdirmək
Şərq və o cümlədən Azərbaycan musiqisinin səciyyəvi xüsusiyyətidir.
Melodiya bəzəklərini yazarkən hər cür şərti işarəni bir yana qoyub,
bütün notları kiçik şriftlə yazmaq lazımdır. Adi melodik bəzək bir əsas,
digəri isə üst yardımçı olmaq üzrə bir-birinin ardınca cəld gələn iki
notdan ibarətdir.
Əgər əsas not ilə yardımçı not böyük sekunda intervalı əmələ gətirirsə,
o zaman daha yaxşı təəssürat yaranması naminə yardımçı not yarım ton
alçaldılır; misal üçün:
Çox zaman bəzək notlarından ikincisi yardımçı deyil, əsas notun üst
tersiyası olur.
Bu bəzək üsulundan xüsusilə klavişli musiqi alətlərində daha asanlıqla
istifadə etmək olur. Trel də bir bəzək kimi işlənməkdədir.
Gəzişmədə (improvizasiyada) səslər not qrupları (qruppeto) vasitəsilə
zənginləşdirilir.