İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
I. XALİS KVARTALAR QURULUŞU
3. Şur ladında musiqi bəstələnməsi
A. «Şur» ladı səsqatarının diapazonu
1 — 1/2 — 1 formulu üzrə qurulmuş və qovuşuq (zəncirvari)
üsul ilə birləşmiş üç bərabər tetraxord «Şur» ladının səsqatarını əmələ
gətirir. Bu səsqatarında orta tetraxordun birinci pərdəsi ladın mayəsidir.
Birinci oktavanın re səsi mayə olarsa, «Şur» ladının səsqatarı
belə olar:
Bu səsqatarı ardıcıl xalis kvartalar sırasından ibarətdir.
B. Pərdələrin lad vəzifələri və onların şıçrayış
imkanları
«Rast» ladının keçmiş mayəsi (bu səsqatarında üçüncü pərdə
— do) burada səsqatarının əsas tonu olmaq hüququnu özündə saxlayır.
Yuxarıda göstərilmiş səs qatarında pərdələrin lad vəzifələri və onların
sıçrayış imkanları belə olur.
Səsqatarının
birinci pərdəsi əsas tonun mediantası vəzifəsini görür. Bu pərdənin
«Şur» ladı mayəsi ilə bilavasitə əlaqəsi olmur və o, nə qonşu pillələrə
hərəkətdə, nə də sıçrayışlarda iştirak etmir.
Səsqatarının
ikinci pərdəsi əsas tonun alt aparıcı tonu vəzifəsini görür. «Şur» ladında
bu pərdədən sıçrayış etmək olmaz.
Üçüncü
pərdə səsqatarının əsas tonudur. Bu pərdədən tersiyaya, kvartaya və
əsas tonun kvintasına sıçrayış etmək olar.
Səsqatarının
dördüncü pərdəsi ladda mayə vəzifəsini görür. Bu pərdədən ancaq
yuxarıya doğru üst medianta, kvarta və kvintaya sıçrayış etmək olar.
Səsqatarının
beşinci pərdəsi mayənin üst aparıcı tonu və üst mediantanın alt aparıcı
tonu vəzifəsini görür. Bu pərdə aşağıda göstərilən hallarda yumşaq səslənmə
(alçalma yolu ilə) tələb edir: I) iki mayə arasında və bunların təkrarı
zamanı; 2) əsas tondan bu pərdəyə sıçrayış edərkən; 3) mayədən sonra
əsas tona sıçrayış edərkən.
Məsələn:
Qeyd. Yuxarıda göstərilən pərdənin
üst mediantadan sonra alçalması Azərbaycan musiqisinin üslubuna uyğun
deyildir.
Bu pərdədən (alçaldılmamış halında) yuxarıya doğru alcaq mayənin kvartasına,
aşağıya doğru isə ancaq əsas tona sıçrayış edilir.
Səsqatarının
altıncı pərdəsi mayənin üst mediantası vəzifəsini görur. Bu pərdədən
yuxarıya doğru mayənin kvintasına, aşağıya doğru isə mayə və əsas tona
sıçrayış etmək olar.
Səsqatarının
yeddinci pərdəsi mayənin kvartası vəzifəsini görür. Bu pərdədən yuxarıya
doğru mayə kvintasının üst aparıcı tonuna və həm də səsqatarının sərhəd
tonuna, aşağıya doğru isə üst mediantanın alt aparıcı tonuna, mayəyə
və əsas tona sıçrayış etmək olar.
Səsqatarının
səkkizinci pərdəsi mayənin kvintası vəzifəsini görür. Bu pərdədən yuxarıya
sərhəd tonuna, aşağıya isə mayənin üst mediantasına və mayəyə sıçrayış
etmək olar.
Səsqatarının
doqquzuncu pərdəsi mayə kvintasının üst aparıcı tonu vəzifəsini görür.
Bu pərdədən ancaq mayənin üst kvartasına sıçrayış etmək olar.
Səsqatarının
onuncu pərdəsi sərhəd tonu vəzifəsini görür. Bu pərdədən ancaq aşağıya
doğru kvinta və kvartaya sıçrayış etmək olar.
[ Şur: səhifələr 1 2
3 4
5 ]