İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI
I. XALİS KVARTALAR QURULUŞU
«Əraq» şöbəsində «Rast» ladının mayəsi və onunla birlikdə bütün
səsqatarı bir oktava yuxarıya köçurülür. Ona görə də bir oktava yuxarıya
köçürülən «Mayeyi-Rast» «Əraq» şöbəsinin melodiyasını əmələ gətirə bilər.
«Əraq» şöbəsi «Rast» mayəsinin təşkili qaydası üzrə qurulan müstəqil
melodiyaya da malik ola bilər, lakin əsərdə mövzu vəhdətinin olması
üçün «Mayeyi-Rast» melodiyasından bütünlüklə istifadə etmək daha yaxşıdır.
«Əraq»dan sonra ilk mayəyə qayıtmaq tələb olunur. Bu
qayıtma «Qərai»
vasitəsilə olur. «Qərai» — alt aparıcı tonun (si) səsqatarındakı
sərhəd tonu si-bemol ilə əvəz olunmasından ibarətdir. Ancaq
bu, qətiyyən xromatizm vasitəsilə deyil, bir oktava yuxarı köçürülən
mayənin alt mediantasına sıçrayış yolu ilə olur. Bu halda, medianta
artıq öz vəzifəsini dəyişərək, kvintanın üst aparıcı tonu olur ki, beləliklə
də o, özündən sonra sərhəd tona keçmək imkanı yaradır.
Bəzən mayə oktavasından bilavasitə sərhəd tonuna hərəkət
etmək olar.
Elə hallar da olur ki, sərhəd tonundan istifadə edilmir; çünki mayə
oktavasının alt kvarta və alt mediantası eyni zamanda mayənin kvintası
və onun üst aparıcı tonu vəzifəsini görür.
Aparıcı ton sərhəd tonu ilə əvəz olunduqdan sonra «Qərai»nin birinci
cümləsi də «Vilayəti» kimi dördüncü xanənin əvvəlində kvinta ilə qurtarır;
sonra mayənin tersiyasında dayanan cavabverici cümlə gəlir. Bundan sonra
bütunlüklə «Hüseyni» şöbəsi gəlir ki, bu da ladın mayəsində tamamlanır.
Beləliklə, «Rast» ladında bəstələnən bütün əsər bu şəkildə olur:
[ Rast: səhifələr 1 2
3 4
5 6
]