İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI

I. XALİS KVARTALAR QURULUŞU

«Hüseyni» şöbəsi ilə birləşmiş «Mayeyi-Rast».


Bundan sonra «Vilayəti» şöbəsi gəlir. Bu şöbənin xüsusiyyəti ondan ibarətdir ki, birinci ifadə ikinci xanənin başlanğıcında, mayənin kvintasında bitir. Cavabverici ifadə də yenə həmin kvintada qurtarmalıdır.

Kvinta mayədən uzaq olduğu üçün onun mayəyə qayıtması tədricən olmalıdır. Ona görə də «Vilayəti»nin birinci cümləsi özünün cavabverici cümləsinin mayə tersiyasında dayanmaq yolu ilə alınmasını tələb edir.


Bundan sonra «Hüseyni» şöbəsində qurulan birinci cümlənin variantı və «Mayeyi-Rast»dan alınmış cavabverici cümlə gəlir.

«Vilayəti»nin birinci cümləsi variasiya şəklində təkrarlanma tələb edir.

«Hüseyni» və «Vilayəti» ilə birləşmiş «Mayeyi-Rast»:



Bundan sonra «Əraq» şöbəsi gəlir.

[ Rast: səhifələr 1 2 3 4 5 6 ]

| Rast | Şur | Segah |

 

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en