İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI
I. XALİS KVARTALAR QURULUŞU
4. Beşinci-altıncı xanələrdə birinci cümlə qruplarının ritmik şəkillərindən
istifadə edilməlidir.
5. Cavabverici cümlə təkrarlanma tələb edir. Təkrarlanma zamanı variantlara
yol verilir. Təkrarlanma cavabverici cümlənin başlanğıcı ilə rabitə
tələb edir.
Variant şəklində təkrarlanmaya misal:
6. 88, 89, 90-cı misallar «Rast» ladının «Mayeyi-Rast»
adlı birinci şöbəsinə aiddir. Bu şöbənin xüsusiyyəti ondan ibarətdir
ki, birinci ifadə ikinci xanənin əvvəlində mayə ilə tamamlanır.
Başqa şöbəyə keçməzdən əvvəl (əsəri daha da inkişaf etdirmək
üçün) «Rast» mayəsində başqa bir period da bəstələmək olar; lakin bir
periodla da kifayətlənib, o biri şöbəyə keçmək olar. Bir şöbədən başqasına
keçərkən növbə sırasını gözləməmək də olar. Şöbələrin növbə ardıcıllığını
pozmağa yol verilməsinə baxmayaraq, lad üstündə musiqi bəstələməyin
ilk məşğələlərində şöbədən-şöbəyə növbə ilə keçmək məsləhət görulür.
«Mayeyi-Rast»dan sonra gələn növbəti şöbə «Hüseyni»dir.
«Hüseyni»
şöbəsinin xüsusiyyəti ondan ibarətdir ki, birinci ifadə ikinci xanənin
başlanğıcında mayənin üst kvartası ilə bitir. Cavabverici ifadə də həmin
kvartada qurtara bilər. Bu halda, dördüncu xanədə mayənin tersiyası
və yaxud kvintasında dayanan birinci cümlənin başqa bir variantı tələb
olunur. Bunun ardınca «Mayeyi-Rast» şöbəsindən alınmış cavabverici cümlə
variantlarından biri gəlir:
[ Rast: səhifələr 1 2
3 4
5 6
]