İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI
I. XALİS KVARTALAR QURULUŞU
2. «Rast» ladında melodiyalar bəstələnməsi
A. Musiqi ifadələri, cümlələri və periodlarının
simmetrik qoşulması
Biri başlanğıc, digəri isə ona cavabverici səciyyədə qurulmuş iki simmetrik
ifadə bir cümlə əmələ gətirir.
Başlanğıc ifadə birinci xanəni təşkil edərək, ikinci
xanənin əvvəlində bitir, başlanğıc ifadənin bu və ya başqa pərdədə bitməsi
«Rast»
ladının şöbələrini təyin edir).
Cavabverici ifadə üçüncü xanəni təşkil edir və yarım kadans əmələ gətirərək
dördüncü xanənin əvvəlində tamamlanır.
Başlanğıc ifadə Cavabverici ifadə
Başlanğıc ifadəni cavabvericiyə xüsusi bir bağlayıcı
ifadə birləşdirir; bu bağlayıcı ifadənin sonu cavabvericinin əvvəlinə
təsadüf edir.
Birinci cümlədə ifadə olunmuş musiqi fikrinin tamamlanması üçün səkkizinci
xanədə mayə ilə bitən tam kadanslı bir cavabverici cümlə tələb olunur.
Cavabverici cümlələri əmələ gətirmək üçün bu üsullardan istifadə etməyi
məsləhət görürük:
1. Başlanğıc ifadənin melodiyasından beşinci və altıncı xanələrdə eyni
ilə istifadə edilməlidir. Yeddinci xanə tamamlayıcı ifadədən əmələ gəlir;
bu ifadə isə səkkizinci xanənin başlanğıcında mayə ilə bitməlidir.
2. Cavabverici ifadə melodiyasından beşinci-altıncı xanələrdə eynilə
istifadə edilməlidir.
3. Beşinci-altıncı xanələrdə bağlayıcı ifadənin ritmik şəklindən istifadə
edilməlidir.
[ Rast: səhifələr 1 2
3 4
5 6
]