İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI


I. XALİS KVARTALAR QURULUŞU

C. Mümkün olan sıçrayışlar cədvəli.



Qaydalar

1. Eyni istiqamətə doğru bir-birinin ardınca iki sıçrayış etmək olmaz.
2. Səsqatarı dairəsində və ya ondan kənar oktavaya sıçrayış etmək də olmaz.

Qeyd. Ladın səsqatarından kənar sıçrayışlar və pilləvari hərəkət mayənin və bütünlüklə lad səsqatarının başqa bir oktavaya keçməsinə səbəb olur.

3. Sıçrayışdan sonra həmin istiqamətdə bütöv tona hərəkət etmək olmaz.

4. Bütöv ton hərəkətindən sonra həmin istiqamətdə sıçrayış etmək olmaz.

5. Yuxarıya doğru tersiya sıçrayışından sonra həmin istiqamətdə yarım ton hərəkət etmək olmaz.

6. Aşağıya doğru tersiya sıçrayışından sonra həmin istiqamətdə yarım ton hərəkət etmək olmaz.

 

D. Tam və yarım kadanslar

 

Tam kadans ladın mayəsində bitir.
Tam kadanslara misallar:

a) Yuxarıdan pilləvari.


b) Aparıcı tonlara sıçrayışla.

v) Aşağıdan pilləvari.

q) Bilavasitə yuxarıdan sıçrayışla.

d) Bilavasitə aşağıdan sıçrayışla.

e) Tam kadansın xüsusi növü.

Kvinta, tersiya, kvarta, üst aparıcı ton və mediantada dayanılmaqla yarım kadans əmələ gəlir.

Bu pərdələrə ancaq pilləvari yuxarıdan və ya aşağıdan yanaşmaq olar.

Yarım kadanslara misallar:

[ Rast: səhifələr 1 2 3 4 5 6 ]

| Rast | Şur | Segah |

 

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en