İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
II. XALİS KVİNTALAR QURULUŞU
«Manəndi-müxalif»dən sonra «Hasar» şöbəsi gəlir. «Hasar»
- «Çahargah»ın kvinta yuxarıya köçürülməsidir. Ona görə «Mayeyi-Çahargah»da
yazılmış melodiyanı kvinta yuxarıya köçürmək olar. Ancaq «Hasar» şöbəsi
üçün başqa bir mövzunun (əlavə mövzu kimi) seçilməsi məsləhət görülür.
«Hasar»ın melodiyasını onun mayəsindən (əvvəlki kvintadan) başlamaq
daha yaxşı olar. Birinci ifadəni ikinci xanənin əvvəlində, cavabverici
ifadəni dördüncü xanənin əvvəlində olmaq üzrə hər ikinsini həmin mayədə
qurtarmaq məsləhət görülür. Cavabverici cümlə səkkizinci xanənin əvvəlində
yenə «Hasar»ın mayəsində qurtarır.
«Hasar»a misal:
«Hasar»dan sonra «Müxalif»
şöbəsi gəlir. Mayə kvintasının üst aparıcı tonu ilə kvintanın özü arasında
vəzifə dəyişikliyi əmələ gəlir, yəni əvvəldən sabit olmayan üst aparıcı
ton sabit mayəyə, amma əvvəldən sabit olan kvinta sabit olmayan alt
aparıcı tona çevrilir. Birinci ifadə ikinci xanənin və cavabverici ifadə
dördüncü xanənin əvvəlində mayə ilə qurtarır. Səkkizinci xanənin əvvəlində
birinci cümlənin variantı da bu mayə ilə qurtarır.
Sonra cavabverici cümlə gəlir ki, bu da yeni mayənin (kvarta
mayəli «Çahargah») alt mediantasında qurtarır. Bundan sonra daha geniş,
sekvensiyalardan istifadə olunmuş cümlə gəlir ki, bu da «Çahargah»ı
kvarta yuxarı mayədən öz əsas mayənin özünə gətirir salır.
Sonrakı şöbə «Mənsuriyyə»dir.
Bu şöbə də «Mayeyi-Çahargah»ın bir oktava yuxarı köçürülməsidir. «Mənsuriyyə»
yeni melodiya bəstələnməsini yox, «Mayeyi-Çahargah»ın bir oktava yuxarı
köçürülməsini tələb edir. Bundan sonra sekvensiyavarı hərəkətlə əvvəlki
hala qayıtmaq və «Mayeyi-Çahargah» melodiyasını təkrar etmək tələb olunur.
Aşağıdakı hava «Çahargah» ladında bəstələnmişdir:
[ Cahargah: səhifələr 1
2 3
]