İKİNCİ HİSSƏ

XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI

II. XALİS KVİNTALAR QURULUŞU

4. «Çahargah» ladında melodiyalar bəstələnməsi

«Çahargah» ladında melodiyalar bəstələyərkən eynilə müvafiq fəsillərdə göstərilmiş ladlara aid qaydalar əsas götürülməlidir.

Aşağıda «Çahargah»ın birinci şöbəsi olan «Mayeyi-Çahargah»a misal göstərilir. «Mayeyi-Çahargah» tələb edir ki, ikinci xanənin əvvəlində birinci ifadə mayə ilə qurtarsın, Cavabverici ifadə isə dördüncü xanənin əvvəlində yarım kadansla bitsin. Cavabverici cümlə səkkizinci xanənin əvvəlində mayə ilə qurtardıqdan sonra variasiya şəklində və yaxud eynilə təkrarlanma tələb edir.

«Mayeyi-Çahargah» şöbəsinə misal:

«Mayeyi-Çahargah»dan sonra «Bəstə-Nigar» adlı şöbə gəlir. «Bəstə-Nigar» birinci ifadənin tersiya ilə başlanıb mayə tersiyası ilə qurtarmasını tələb edir; cavabverici ifadə isə tersiyada və yaxud mayədə qurtara bilər. Səkkizinci xanədə cavabverici cümlə də mayədə qurtarıb variyasiya şəklində və yaxud eynilə təkrarlanma tələb edir:

Bəstələnmiş havanın birinci dəfə genişlənməsi:


Növbəti şöbə «Manəndi-Müxalif»dir. Bu şöbə tələb edir ki, ikinci xanənin əvvəlində birinci ifadə üst kvartada qurtarsın. Cavabverici ifadə də dördüncü xanənin əvvəlində həmin pərdədə qurtarır. Birinci cümlə variasiya şəklində təkrarlanmasını tələb edir. Səkkizinci xanənin əvvəlində cavabverici cümlə mayədə qurtardıqdan sonra təkrarlanmasını tələb edir.

Bəstələnmiş havanın ikinci dəfə genişlənməsi:


[ Cahargah: səhifələr 1 2 3 ]

| Şüştər | Çahargah |

 


 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en