İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA
MUSİQİ BƏSTƏLƏMƏK QAYDALARI

III. KİÇİK SEKSTALAR QURULUŞU


2. «Bayati-Şiraz» ladında melodiyalar bəstələnməsi

«Bayatı-Şiraz» ladında melodiya bəstələyərkən, müvafiq fəsillərdə göstərilmiş ladlara aid qaydalara riayət edilməlidir.

Aşağıda «Bayatı-Şiraz»ın birinci şöbəsi olan «Mayeyi-Bayatı-Şiraz»a misal göstərilir. «Mayeyi-Bayatı-Şiraz» tələb edir ki, birinci ifadə mayə ilə ikinci xanənin əvvəlində qurtarsın və cavabverici ifadə dördüncü xanənin əvvəlində yarımkadans əmələ gətirsin.

Cavabverici cümlə mayə ilə səkkizinci xanənin əvvəlində qurtardıqdan sonra, eynilə və yaxud variasiya şəklində təkrar olunmasını tələb edir.


Bunun ardınca «Bayatı-İsfahan» şöbəsi gəlir. Bunun «Mayeyi-Bayatı-Şiraz» şöbəsindən fərqi ondadır ki, cavabverici cümlə səkkizinci xanənin əvvəlində mayədə deyil, onun alt mediantasında qurtarır.

Bəstələnmiş havanın birinci dəfə genişlənməsi:


Bundan sonra «Hüzzal» şöbəsi gəlir. Mayənin kvintası ilə başlayan «Hüzzal» mayənin üst mediantasını ləğv edib, səsqatarına mayə tersiyasının daxil edilməsini tələb edir. «Hüzzal»ın birinci ifadəsi ikinci xanənin əvvəlində həmin tersiyada qurtarır. Cavabverici ifadə də həmin tersiyada qurtarır. Birinci cümlə variasiya şəklində təkrar olunmasını tələb edir. Cavabverici cümlə səkkizinci xanənin əvvəlində Mayədə qurtarır və tersiya 1/2 ton alçalaraq yenidən mediantaya çevrilir.


Bəstələnmiş havanın ikinci dəfə genişlənməsi


Bundan sonra, «Mayeyi-Bayatı-Şiraz» və «Bayatı-İsfahan» şöbələri bir oktava yuxarıda təkrar olunur, «Bayatı-İsfahan»ı qurtardıqdan sonra mayənin kvintasına sekunda aşağı hərəkət etmək və buradan da mayəyə qayıdaraq bir qədər gəzişməklə əsəri tamamlamaq mümkündır.

Bəstələnmiş havanın axırıncı dəfə genişlənməsi




[ Bayatı-Şiraz: səhifələr 1 2 ]

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en