BIRINCI HISSƏ
ƏSAS CƏHƏTLƏR
II. TETRAXORDLARIN BİRLƏŞMƏ ÜSULLARI
Əsas tetraxord dairəsində (həcmində) olan musiqi ifadələri
və kadanslara misallar:
İkinci pərdədən əmələ gəlmiş xalis —əlavə tetraxord dairəsində olan
musiqi ifadələrinə və kadanslara misallar:
1/2—1—1 formulu ilə qurulan əlavə tetraxordun dördüncü
pərdəsi istisna olmaqla (adətən bu, üçüncü pərdədə bitməyə meyl edir)
bütün qalan pərdələri də naxşı tamamlanma üçün əlverişlidir.
1 — 1 — 1 formulu ilə qurulan triton üçton tetraxorduna
gəldikdə qeyd etməliyik ki, tərkibində yarım tonun olmaması nəticəsində
pərdələrinin funksional münasibəti aydın olmadığı üçün bu tetraxordun
heç bir pərdəsi musiqi ifadələri və kadanslarının yaxşı tamamlanmasına
yol vermir. Ona görə də səsqatarı bərabər tetraxordlardan
qurulan Azərbaycan ladlarında büsbütün triton üçton
yoxdur.
Ancaq bərabər tetraxordların ikinci (yanaşı) üsul ilə birləşməsində
tritonun olması vacibdir; bu üsul ilə birləşmədə ardıcıl xalis kvintalar
sırasından ibarət yeni səsqatarı əmələ gəlir. O zaman belə bir dilemma
ortaya çıxır: ya mə'nalı musiqi ifadələri düzəltməyə yaramayan tritondan,
ya da kvinta quruluşundan əl çəkmək lazımdır; hərçənd kvarta quruluşuna
nisbətən kvinta quruluşu musiqi sənətinin inkişafında irəliyə doğru
bir addımdır.
Lakin üçüncü bir yol da vardır: bu da tritonu təşkil edən üç bütöv
tonun ardıcıllığını yarım ton vasitəsilə pozmaq yoludur. Tritonun «yaramazlığı»
onun 1-ci və axırıncı pərdələri arasında artırılmış kvarta intervalı
əmələ gəlməsində yox, üç bütöv tonun ardıcıllığındadır. Deməli, orta
tonlardan birini ucaltmaq və alçaltmaqla üç bütöv tonun ardıcıllığını
aradan qaldırmaq olar.
Bu səsqatarındakı tritonda orta səslər sol və
lya-dır. Kvinta dairəsinə əsasən sol-un ən münasib
dəyişilməsi sol-diyez və lya-nın ən münasib dəyişilməsi
lya-bemol-dur.
Əgər sol notunu sol-diez ilə əvəz etsək, onda 20-ci misaldakı
səsqatarı bu şəkli alar.
Bu səsqatarında üç bütöv ton hərəkətinin pozulması səsqatarının
kvinta konsekventliyini də pozmuş olur. Pozulmuş xalis kvintanı əvvəlki
vəziyyətə salmaq üçün səsqatarının birinci pərdəsini ucaltmaq (do-diyez)
lazımdır ki, bununla da xalis kvintaların ardıcıl sırasından ibarət
düzgün təşkil olunmuş səsqatarı əmələ gəlir.
Üç bütöv ton hərəkətini pozmağın ikinci üsulu lya-nın
lya-bemola çevrilməsidir. Belə olduqda 20-ci misaldakı səsqatarı
bu şəkli alır:
Bu səsqatarında üç bütöv ton hərəkətinin pozulması yenə
də səsqatarının kvinta konsekventliyini pozur. Pozulmuş xalis kvintanı
əvvəlki vəziyyətə salmaq üçün səsqatarının ikinci pərdəsini alçaltmaq
(re-bemol) lazımdır ki, bununla da yenə xalis kvintaların ardıcıl
sırasından ibarət düzgün təşkil olunmuş səsqatarı əmələ gəlir:
24-cü misalda qeyd olunan səsqatarı ikinci üsul (yə'ni
ayrı birləşmə) ilə birləşmiş və 1/2 — 11/2 -1/2 formulu üzrə qurulmuş
iki tetraxorddan ibarətdir.
1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordda birinci
və dördüncü pərdələr səsqatarının əsas tonları ola bilər. 21 və 23-cü
misallarda yeni intervalın — artırılmış sekunda intervalının
meydana çıxması diqqəti cəlb edir. Bütün bu göstərilənlərdən aydın olur
ki, artırılmış sekunda triton orta tonlarının alterasiya edilməsi
yolu ilə üç bütöv ton ardıcıllığının pozulması nəticəsində əmələ
gəlir.
[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1
2 3
4 5
6 7
8 ]