BİRİNCİ HİSSƏ
ƏSAS CƏHƏTLƏR


II. TETRAXORDLARIN BİRLƏŞMƏ ÜSULLARI

Əsas tetraxord dairəsində (həcmində) olan musiqi ifadələri və kadanslara misallar:

İkinci pərdədən əmələ gəlmiş xalis —əlavə tetraxord dairəsində olan musiqi ifadələrinə və kadanslara misallar:

1/2—1—1 formulu ilə qurulan əlavə tetraxordun dördüncü pərdəsi istisna olmaqla (adətən bu, üçüncü pərdədə bitməyə meyl edir) bütün qalan pərdələri də naxşı tamamlanma üçün əlverişlidir.

1 — 1 — 1 formulu ilə qurulan triton tetraxorduna gəldikdə qeyd etməliyik ki, tərkibində yarım tonun olmaması nəticəsində pərdələrinin funksional münasibəti aydın olmadığı üçün bu tetraxordun heç bir pərdəsi musiqi ifadələri və kadanslarının yaxşı tamamlanmasına yol vermir. Ona görə də səsqatarı bərabər tetraxordlardan qurulan Azərbaycan ladlarında büsbütün triton yoxdur.

Ancaq bərabər tetraxordların ikinci (yanaşı) üsul ilə birləşməsində tritonun olması vacibdir; bu üsul ilə birləşmədə ardıcıl xalis kvintalar sırasından ibarət yeni səsqatarı əmələ gəlir. O zaman belə bir dilemma ortaya çıxır: ya mə'nalı musiqi ifadələri düzəltməyə yaramayan tritondan, ya da kvinta quruluşundan əl çəkmək lazımdır; hərçənd kvarta quruluşuna nisbətən kvinta quruluşu musiqi sənətinin inkişafında irəliyə doğru bir addımdır.

Lakin üçüncü bir yol da vardır: bu da tritonu təşkil edən üç bütöv tonun ardıcıllığını yarım ton vasitəsilə pozmaq yoludur. Tritonun «yaramazlığı» onun 1-ci və axırıncı pərdələri arasında artırılmış kvarta intervalı əmələ gəlməsində yox, üç bütöv tonun ardıcıllığındadır. Deməli, orta tonlardan birini ucaltmaq və alçaltmaqla üç bütöv tonun ardıcıllığını aradan qaldırmaq olar.

Bu səsqatarındakı tritonda orta səslər sol və lya-dır. Kvinta dairəsinə əsasən sol-un ən münasib dəyişilməsi sol-diez və lya-nın ən münasib dəyişilməsi lya-bemol-dur.

Əgər sol notunu sol-diez ilə əvəz etsək, onda 20-ci misaldakı səsqatarı bu şəkli alar.

Bu səsqatarında üç bütöv ton hərəkətinin pozulması səsqatarının kvinta konsekventliyini də pozmuş olur. Pozulmuş xalis kvintanı əvvəlki vəziyyətə salmaq üçün səsqatarının birinci pərdəsini ucaltmaq (do-diez) lazımdır ki, bununla da xalis kvintaların ardıcıl sırasından ibarət düzgün təşkil olunmuş səsqatarı əmələ gəlir.

Üç bütöv ton hərəkətini pozmağın ikinci üsulu lya-nın lya-bemola çevrilməsidir. Belə olduqda 20-ci misaldakı səsqatarı bu şəkli alır:

Bu səsqatarında üç bütöv ton hərəkətinin pozulması yenə də səsqatarının kvinta konsekventliyini pozur. Pozulmuş xalis kvintanı əvvəlki vəziyyətə salmaq üçün səsqatarının ikinci pərdəsini alçaltmaq (re-bemol) lazımdır ki, bununla da yenə xalis kvintaların ardıcıl sırasından ibarət düzgün təşkil olunmuş səsqatarı əmələ gəlir:

24-cü misalda qeyd olunan səsqatarı ikinci üsul (yə'ni ayrı birləşmə) ilə birləşmiş və 1/2 — 1 1/2 -1/2 formulu üzrə qurulmuş iki tetraxorddan ibarətdir.

1/2 — 1 1/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordda birinci və dördüncü pərdələr səsqatarının əsas tonları ola bilər. 21 və 23-cü misallarda yeni intervalın — artırılmış sekunda intervalının meydana çıxması diqqəti cəlb edir. Bütün bu göstərilənlərdən aydın olur ki, artırılmış sekunda triton orta tonlarının alterasiya edilməsi yolu ilə üç bütöv ton ardıcıllığının pozulması nəticəsində əmələ gəlir.


 

[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1 2 3 4 5 6 7 8 ]

 

 

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en