BİRİNCİ HİSSƏ
ƏSAS CƏHƏTLƏR


IV. AZƏRBAYCAN LADLARININ ƏMƏLƏGƏLMƏ QAYDALARI

4. Azərbaycan musiqisində çoxsəslilik məsələsi

Belə fikir vardır ki, əgər öz təbiəti etibarilə birsəsli olan Azərbaycan musiqisinə harmoniya (ahəng) tətbiq edilərsə o zaman onun bütün lad xüsusiyyətləri itib gedə bilər. Bu fikir tamamilə doğrudur. Azərbaycan melodiyasına bacarıqsız surətdə harmoniya tətbiq edilməsi onun səciyyəsini dəyişdirə bilər, lad xüsusiyyətlərindəki parlaqlığı aradan qaldıra bilər və hətta onu bayağılaşdıra bilər. Lakin bu o demək deyildir ki, Azərbaycan musiqisi həmişəlik birsəsli olaraq qalmalıdır.

Azərbaycan ladlarının müntəzəm sistemi və mənalı melodiyalar əmələ gətirməyin ciddi qanunları çoxsəslilik tətbiq etməyə nəinki mane olur, əksinə bunlar quru, cansız qammalar əsasında (Matteson tərəfindən dəfn edilmiş qammalar) deyil, Azərbaycan xalq musiqisinin canlı və həyati ladları əsasında böyük formalı çoxsəsli musiqi əsərləri üçün möhkəm bir bünövrədir. Azərbaycan musiqisində çoxsəslilik problemini düzgün həll etmək məsələsi hazırda bəstəkar və musiqişünasları düşündürməkdədir. Xüsusi olaraq bu məsələyə həsr edilmiş elmi əsər yaxın zamanlarda sovet musiqisi ictimaiyyətinə təqdim ediləcəkdir*.


Əsas məsələ ondan ibarətdir ki, çoxsəslilik akkordların düzgün ardıcıllığını əldə etmək və lad səsqatarları quruluşunun dəyişilməsini tələb edən harmonik kadanslar təşkil etmək qanununa yox, məntiqi qurulan müstəqil melodiyaların uyuşması qanunlarına əsaslanmalıdır.

Bu sahədə aparılan işin ilk mərhələsinə aid bir misal olaraq aşağıda iki nümunə veririk. Bunlar «Şur» ladında yazılan eyni bir melodiyanın iki müxtəlif yol ilə ahəngləşdirilməsini göstərir.

«Şur» ladında melodiya:

1. Ciddi üslubda ahəngləşdirmə.


2. Xalq üslubunda ahəngləşdirmə.


________

* Müəllifin Azərbaycan musiqisində çoxsəslilik probleminə həsr etdiyi elmi əsərə işarədir. Təəssüf ki, bu əsər yarımçıq qalmışdır.


[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1 2 3 4 5 6 7 8 ]

 

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en