BİRİNCİ HİSSƏ
ƏSAS CƏHƏTLƏR


IV. AZƏRBAYCAN LADLARININ ƏMƏLƏGƏLMƏ QAYDALARI


B. Əlavə ladlar

Əlavə ladlardan olan «Şahnaz»ı əmələ gətirmək üçün 1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxorda ikinci üsul ilə (yanaşı birləşmə) yuxarıdan
1/2— 1 1/2 — 1/2 formulu üzrə bir tetraxord birləşdirmək lazımdır; məsələn:

Bu ladın öz mayəsi yoxdur; «Şahnaz» ladı üstündə yazılan melodiyaların kadansları alt tetraxordun hər bir pərdəsində, xüsusən onun ikinci pərdəsində tamamlana bilər.

İkinci növ əlavə «Çahargah» ladını əmələ gətirmək üçün 1/2 — 1 1/2 — 1/2 formulu üzrə qurulmuş tetraxorda ikinci üsul ilə (yanaşı birləşmə) yuxarıdan 1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxord birləşdirmək lazımdır; məsələn:


Alt tetraxordun birinci pərdəsi ikinci növ «Çahargah» ladının mayəsi olacaqdır.

Əlavə ladlardan olan «Sarənc»i əmələ gətirmək üçün 1/2 — 1 1/2 — 1/2 formulu üzrə qurulmuş tetraxorda ikinci üsul ilə (yanaşı birləşmə — yarımton) yuxarıdan 1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxord birləşdirmək lazımdır; məsələn:

Birinci tetraxordun axırıncı pərdəsi «Sarənc» ladının mayəsidir.

 

3. Azərbaycan ladlarının mayələri haqqında

Dörd Azərbayjan ladının mayələri eyni zamanda səsqatarlarının əsas tonlarıdır. Bu dörd lad bunlardır: «Rast», «Şüştər», «Bayatı-Şiraz», «Hümayun».

«Şur» və «Segah» ladlarının mayələri səsqatarlarının əsas tonları deyildir.

«Cahargah» ladının mayəsi əsas ton olmaqla bərabər, eyni zamanda «Cahargah» ladı səsqatarına daxil olan əsas tonların tersiyası və alt kvartası vəzifəsini görür.

1 - 1 - 1/2 və 1/2 - 11/2 - 1/2 formullar ilə qurulmuş tetraxordlarda hər iki tetraxordun birinci və dördüncü pərdələri əsas tonlardır. Əgər ladın mayəsi birinci pərdə hesab olunarsa, o zaman dördüncü pərdə üst kvarta vəzifəsi görür. Əgər dördüncü pərdə mayə olarsa, o zaman birinci pərdə mayənin alt kvartası vəzifəsini görür.

1/2 - 1 - 1/2 formulu ilə qurulan əksildilmiş tetraxordda əsas ton tetraxordun ikinci pərdəsi hesab olunur.

Azərbaycan ladları mayələrinin hamısı mayəyə tabe olan və ona xidmət edən eyni pərdələrdən ibarət olmur.

«Rast» ladının mayəsinə alt kvarta, alt medianta, alt aparıjı ton, üst aparıcı ton, tersiya, üst kvarta və kvinta tabedir.

«Şur» ladının mayəsinə bu pərdələr tabedir: üst aparıcı ton, üst kvarta və kvinta, (təcrübədə alt kvarta işlənmir). Bu mayənin tersiyası, alt aparıcı tonu və alt mediantası olmur.

«Segah» ladı mayəsinin ancaq üst aparıcı tonu və alt tersiyası olur.

«Şüştər» ladının mayəsi bu pərdələrlə idarə olunur: üst aparıcı ton, alt aparıcı ton, alt tersiya və alt kvarta.

«Cahargah» ladının mayəsinə bu pərdələr tabedir: alt kvarta, alt tersiya, üst kvarta və kvinta.

«Bayatı-Şiraz» ladının mayəsinə tersiyadan başqa bütün pərdələr tabe olur.

«Hümayun» ladının mayəsinə tabe olan pərdələr eynilə «Şüştər» ladındakı kimidir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən mayələrdən hec birinin alt kvintası yoxdur. Bu onunla izah olunur ki, alt kvinta nəinki mayəyə tabedir, əksinə mayəni öz üst kvintası kimi özünə tabe edir.

«Şur» və «Segah» ladlarında xidmətediyi pərdələrdən hamısının mayəyə tabe olmadığı barədə iddia anlaşılmaz görünə bilər, halbuki bu ladların səsqatarlarında bütün pərdələr vardır, məsələn:

«Şur» ladı:

«Segah» ladı:

Yuxarıdakı səsqatarlarına diqqət yetirdikdə bir sıra suallar meydana cıxa bilər; o cümlədən: məgər «Şur» ladı səsqatarında fa və «Segah» ladı səsqatarında sol mayənin tersiyası deyildirmi və i.a.

Təbiətdə yalnız bir böyük tersiya vardır ki, o da akustik əhəmiyyətinə görə kəsr xətti ilə 4/5 göstərilir.


[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1 2 3 4 5 6 7 8 ]

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en