BİRİNCİ HİSSƏ
ƏSAS CƏHƏTLƏR


III. AZƏRBAYCAN LADLARI SƏSQATARLARININ QURULMA QAYDALARI

 

Böyük sekstalar quruluşu

 

Əgər əsas tetraxordun hər pərdəsindən böyük sekstalar qurularsa, o zaman ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı alınar:

Bu səsqatarının tərkibində iki (!) triton olduğuna görə, o, Azərbaycan ladı təşkil olunmasında əsas ola bilməz.

Bütün yuxarıda göstərilənlərdən aydındır ki, Azərbaycan ladları səsqatarlarının qurulması üçün bünövrə təşkil edən əsas tetraxord növü birinci və üçüncü usullarla birləşə bilər.

1 — 1/2— 1 formulu üzrə qurulmuş bərabər əlavə tetraxordların birləşməsindən əmələ gələn səsqatarları.

 

Xalis kvartalar quruluşu

Əgər 1 — 1/2 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən xalis kvartalar qurularsa, o zaman ardıcıl xalis kvartalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarı birinci üsul ilə (qovuşuq) birləşdirilmiş iki bərabər tetraxorddan ibarət olub Azərbaycan ladı «Şur»un əsasını təşkil edir.

 


Xalis kvintalar quruluşu


Əgər 1 — 1/2 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən xalis kvintalar qurularsa, o zaman ardıcıl xalis kvintalar) sırasından ibarət səsqatarı alınar:


Tərkibində triton olduğuna görə, bu səsqatarı Azərbaycan ladları qurmağa yaramır.


Kiçik sekstalar quruluşu

Əgər 1— 1/2 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən kiçik sekstalar qurularsa, o zaman ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarı 1 — 1/2 — 1 formulu üzrə qurulmuş iki bərabər tetraxordun üçüncü üsul ilə– (orta yarımton vasitəsilə) birləşməsindən ibarətdir. Bu, az işlənən «Nəva» ladının əsasını təşkil edir.

Böyük sekstalar quruluşu

Əgər 1 — 1/2 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən böyük sekstalar qurularsa, o zaman ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı alınar:


Tərkibində iki triton olduğuna görə, bu səsqatarı Azərbaycan ladı əmələ gətirmək üçun əsas ola bilməz.
Yuxarıda göstərilənlərdən aydın olur ki, əlavə tetraxord (1 – 1/2 — 1) ancaq iki üsulla — birinci və üçüncü üsullarla birləşə bilər.


1/2 — 1 — 1 formulu üzrə qurulmuş bərabər əlavə tetraxordların birləşməsindən əmələ gələn səsqatarları.


Xalis kvartalar quruluşu


Əgər 1/2 — 1 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən xalis kvartalar qurularsa, o zaman ardıcıl xalis kvartalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarı 1/2 — 1 — 1 formulu üzrə qurulmuş və birinci üsul ilə birləşmiş iki bərabər tetraxorddan ibarətdir. Azərbaycan ladı «Segah»ın əsasını təşkil edir.
Xalis kvintalar quruluşu
Əgər 1/2 —1 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən xalis kvintalar qurularsa, o zaman ardıcıl xalis kvintalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarının tərkibində triton olduğuna görə, Azərbaycan ladı qurmağa yaramır.

Kiçik sekstalar quruluşu

Əgər 1/2 — 1 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən kiçik sekstalar qurularsa, o zaman ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarı 1/2 — 1—1 formulu üzrə qurulmuş və üçüncü üsul ilə (orta yarımton vasitəsilə) birləşmiş iki bərabər tetraxorddan ibarətdir. Bu bir laddan başqa bir lada keçmək uçün modulyasiya formuludur.

Böyük sekstalar quruluşu

Əgər 1/2 — 1 — 1 formulu üzrə qurulmuş əlavə tetraxordun hər pərdəsindən böyük sekstalar qurularsa, o zaman ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı alınar:


Tərkibində iki triton olduğuna görə, bu səsqatarı Azərbaycan ladı əmələ gətirmək üçün əsas ola bilməz.

1/2 — 1 — 1/2 formulu üzrə qurulan əksildilmiş bərabər tetraxordların birləşməsindən əmələ gələn səsqatarları:


Xalis kvartalar quruluşu

Əgər 1/2 — 1 – 1/2 formulu üzrə qurulan əksildilmiş tetraxordun hər pərdəsindən xalis kvartalar qurularsa, o zaman ardıcıl xalis kvartalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarında fafa diyez xromatik hərəkəti olduğuna görə yararlı deyildir.

Xalis kvintalar quruluşu

Əgər 1/2 — 1 — 1/2 formulu üzrə qurulan əksildilmiş tetraxordun hər pərdəsindən xalis kvintalar qurularsa, o zaman ardıcıl xalis kvintalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarı 1/2 — 1 — 1/2 formulu üzrə qurulmuş və ikinci üsul ilə (yanaşı) birləşmiş iki bərabər tetraxorddan ibarətdir. Azərbaycan ladı «Şüştər»in əsasını təşkil edir.

Kiçik sekstalar quruluşu

Əgər 1/2 — 1 — 1/2 formulu üzrə qurulan əksildilmiş tetraxordun hər pərdəsindən kiçik sekstalar qurularsa, o zaman ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı alınar:

Bu səsqatarı bir laddan başqa bir lada keçmək üçün modulyasiya formuludur.


Böyük sekstalar quruluşu


Əgər 1/2 — 1 — 1/2 formulu üzrə qurulan əksildilmiş tetraxordun hər pərdəsindən böyük sekstalar qurularsa, o zaman ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı alınar:

Bu səsqatarı bir laddan başqa bir lada keçmək üçün modulyasiya formuludur.

1/2 – 11/2 — 1/2 formulu ilə qurulmuş bərabər tetraxordların birləşməsindən əmələ gələn səsqatarları.


Xalis kvartalar quruluşu


Əgər 1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordun hər pərdəsindən xalis kvartalar qurularsa, o zaman ardıcıl xalis kvartalar sırasından ibarət səsqatarı alınır:


Bu səsqatarı 1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş və birinci üsul ilə (qovuşuq) birləşmiş iki bərabər tetraxorddan ibarətdir. Azərbaycan ladı «Çahargah»ın əsasını təşkil edir.


Xalis kvintalar quruluşu


Əgər 1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordun hər pərdəsindən böyük kvintalar qurularsa, o zaman ardıcıl xalis kvintalar sırasından ibarət səsqatarı alınar:

Bu səsqatarı 1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş və birinci üsul ilə (qovuşuq) birləşmiş iki bərabər tetraxorddan ibarətdir. Bu səsqatarı da Azərbaycan ladı «Çahargah»ın əsasını təşkil edir.


Kiçik sekstalar quruluşu


Əgər 1/2 — 11/2— 1/2 formulu üzrə qurulmuş tetraxordun hər pərdəsindən kiçik sekstalar qurularsa, o zaman ardıcıl kiçik sekstalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarı bir laddan başqa lada keçmək üçün modulyasiya formuludur.


Böyük sekstalar quruluşu


Əgər 1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordun hər pərdəsindən böyük sekstalar qurularsa, o zaman ardıcıl böyük sekstalar sırasından ibarət səsqatarı alınar:


Bu səsqatarı Azərbaycan ladı «Hümayun»un əsasını təşkil edir.

 

B. Əlavə ladların səsqatarları

1. Əlavə Azərbaycan ladlarının səsqatarları bərabər olmayan tetraxordların birləşməsindən əmələ gəlir.

2. Bərabər olmayan tetraxordların birləşməsi aşağıdakı formullarla göstərilə bilər:

1) 1— 1—1/2 + 1 — 1/2 — 1

2) 1 — 1 — 1/2 + 1/2— 1 — 1

3) 1 — 1 —1/2 + 1/2 — 1 — 1/2

4) 1 — 1 — 1/2 + 1/2 — 11/2 — 1/ 2

5) 1 — 1/2 — 1 + 1 — 1 — 1/2

6) 1 — 1/2 — 1 + 1/2 — 1 — 1

7) 1 — 1/2 — 1 + 1/2 — 1 — 1/2

8) 1 — 1/2 — 1 + 1/2— 11/2 — 1/2

9) 1/2 — 1 — 1 + 1 — 1 — 1/2

10) 1/2 — 1 — 1 + 1 — 1/2 — 1

11) 1/2 — 1 — 1 + 1/2 — 1 — 1/2

12) 1/2 — 1 — 1 + 1/2 — 11/2 — 1/2

13) 1/2 — 1 — 1/2 + 1 — 1 — 1/2

14) 1/2 — 1 — 1/2 + 1/2—1 — 1

15) 1/2 — 1 — 1/2 + 1 — 1/2 — 1

16) 1/2 — 1 — 1/2 + 1/2—11/2 — 1/2

17) 1/2 — 11/2—1/2 + 1 — 1 — 1/2

18) 1/2 — 11/2—1/2 + 1 — 1/2 — 1

19) 1/2 — 11/2—1/2 + 1/2 — 1 — 1

20) 1/2 — 11/2— 1/2 + 1/2 — 1 — 1/2

Əgər bu formulların hər birini tetraxordların dörd birləşmə üsuluna tətbiq etsək, onda 80 müxtəlif səsqatarı alınar. Ancaq bu formullardan 4-cü və 17-cisi Azərbaycan ladlarına tətbiq oluna bilər ki, bu halda da tetraxordlar ikinci üsul ilə (yanaşı) birləşir.

1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxordun 1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordla yanaşı birləşməsindən əmələ gələn səsqatarı əlavə Azərbaycan ladlarından «Şahnaz»ın səsqatarını əmələ gətirir:

1/2 — 11/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordun 1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxordla yanaşı birləşməsindən əmələ gələn səsqatarı Azərbaycan ladlarından ikinci növ «Çahargah»ın səsqatarını əmələ gətirir:

 

1/2— 11/2 — 1/2 formulu üzrə qurulmuş tetraxordun 1 — 1 — 1/2 formulu üzrə qurulmuş tetraxordla yanaşı birləşməsindən əmələ gələn səsqatarı Azərbaycan ladlarından «Sarənc»in səsqatarını əmələ gətirir. Bunun yuxarıda göstərilən ikinci növlü «Çahargah» ladından fərqi ondadır ki, «Çahargah» ladında qovuşuq birləşmə bir ton, ancaq «Sarənc» ladında isə yarımton vasitəsilə olur.

 

 

 

 

[ ƏSAS CƏHƏTLƏR: səhifələr 1 2 3 4 5 6 7 8 ]

 

 

 

 

 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en