İKİNCİ HİSSƏ
XALQ ÜSLUBUNDA AZƏRBAYCAN LADLARINDA MUSİQİ BƏSTƏLƏMƏK
QAYDALARI
IV. BÖYÜK SEKSTALAR QURULUŞU
2. «Hümayun» ladında melodiyalar bəstələnməsi
«Hümayun» ladında melodiya bəstələyərkən müvafiq fəsildə
«Şüştər» ladına aid göstərilən qaydalar əsas götürülməlidir.
Birinci cümlə (və yaxud birinci period) adətən birinci «Şüştər»də,
cavabverici cümlə ikincisində bəstələnir. Birinci «Şüştər»dən ikinci
«Şüştər»ə keçilərkən, birinci «Şüştər»in aparıcı tonu və ikinci «Şüştər»
mayəsinin alt tersiyası enharmonikləşdirilir.
Aşağıda «Hümayun»un birinci şöbəsi olan «Mayeyi-Hümayun»a
misal göstəririk.
Bununla ardınca do mayəli ikinci «Şüştər»ə aid
olan «Tərkib»
şöbəsi gəlir («Şüştər» ladında olduğu kimi).
Burada da «Tərkib»in birinci cümləsinin əmələ gəlmə qaydası «Şüştər»
ladındakı kimidir. Cavabverici cümlə isə birinci «Şüştər»in mayəsində
dayanmağı tələb edir.
Bu misala ikinci «Şüştər» səsqatarının ikinci pərdəsində dayanmaqla
yaranan «Mayeyi-Hümayun»un cavabverici cümləsini birləşdirmək lazım
gəlir.
«Hümayun» ladında musiqi bəstəməyə misal:
[ Hümayun: səhifələr 1 2
]