ƏLAVƏ

Quruluş xüsusiyyətləri

Bəm avazdan zil avaza, yəni «Mayeyi-Rast»dan «Əraq»a (kulminasiyaya) doğru olan adi hərəkətdən fərqli olaraq, bu havanın istiqaməti zildən bəmə, yəni «Əraq»dan «Mayeyi-Rast»a doğrudur.

Birinci ifadə «Əraq» şöbəsinə aiddir. Bu ifadə ikinci xanənin əvvəlində mayənin oktavası ilə qurtarır ki, bu da «Əraq»ın xüsusiyyətlərindəndir.

İkinci ifadə dördüncü xanənin əvvəlində mayənin kvintasında dayanmaqla «Qərayi» şöbəsinə keçid əmələ gətirir. Bu iki ifadə dördxanəli birinci cümləni yaradır. Cavabverici cümlə də iki ifadədən əmələ gəlib səkkizinci xanənin əvvəlində mayənin tersiyasında qurtarır. Başlanğıc və cavabverici cümlələrin müvafiq ifadələri (birinci — birinci, ikinci — ikinci) simmetrik qurulmuşdur. Cavabverici ifadənin adi təkrarı əvəzinə müstəqil bir cümlə gəlir ki, bunun da birinci ifadəsi cavabverici cümlənin kiçik dəyişikliklə təkrarlanan ikinci ifadəsindən ibarətdir; ikinci ifadə isə bu cümlənin dördüncü xanəsinin əvvəlində mayəyə gətirib çıxarır. Sonra bir tonda dayanmaqla (mayənin kvintası) əmələ gələn və iki xanə təşkil edən «Vilayəti» şöbəsinə hazırlıq yaranır. Bundan sonra hər biri üç xanədən ibarət iki cümlədən təşkil olunan «Vilayəti» şöbəsi gəlir ki, bu cümlələrdən ikincisi birincinin eynilə təkrarından ibarətdir. İkinci cümlədə sonuncu xanənin axırında gələn qammavarı melodik hərəkət «Vilayəti»ni «Hüseyni» ilə birləşdirir. Mayəyə gətirib çıxaran və beləliklə də mahnını tamamlayan «Hüseyn»i şöbəsi də hər biri üç xanədən ibarət iki cümlədən əmələ gəlmişdir ki, burada da ikinci cümlə birincinin eynilə təkrarıdır.

İkinci nümunədəki «Rəng» formalı «Arazbarı» re mayəli «Şur» ladında qurulmuşdur.

Quruluş xüsusiyyətləri

İfadələrinin metroritmik cəhətdən tutduğu yerə və onların oxşarlığına görə (sual-cavab kimi) bu musiqi nümunəsinin quruluşu böyük sərbəstliyə yol verir. Bu sərbəstlik bir tərəfdən bir xanədəki məzmunun tez-tez təkrarlanması ilə, digər tərəfdən isə qalan ifadələrdə adətən əsərin ritmik mövzusu olan başlanğıc ifadənin ritmik şəklindən kənara çıxmaqla əmələ gəlir; misal üçün:

«Şur-Şahnaz» şöbəsinə daxil olan başlanğıc ifadə pauza ilə başlanır, cavabverici ifadə də pauza ilə başlanmalıdır, lakin ikinci nümunədə cavabverici ifadə pauzasızdır. Misal üçün:


Bundan başqa, bu cavabverici ifadə, ümumi qaydadan fərqli olaraq, üçüncü xanədə deyil, beşinci xanədə meydana çıxır; çünki üçüncü və dördüncü xanələr ikinci xanənin təkrarıdır.

«Bayatı-kurd» şöbəsinə aid cavabverici cümlənin başlanğıc ifadəsi (27-ci xanə), ümumi qaydadan fərqli olaraq, üçüncü xanədə deyil, altıncı xanədə meydana çıxır və i. a.


«Arazbarı» «Şur-Şahnaz» şöbəsində başlanır. Birinci cümləsi əsas tonun tersiyasında (altıncı xanədə) qurtarır. Birinci cümlənin təkrarından sonra cavabverici cümlə (12-ci xanə) gəlir ki, bu da «Şur» ladının mayəsində (19-cu xanədə) tamamlanır. Cavabverici cümlə eynilə təkrar olunmaqla sonralar nəqərat şəklini alır. 27-ci xanədən «Bayatı-kürd» şöbəsi başlanır. Bu şöbənin birinci cümləsi eynilə təkrarlanır. Cavabverici cümlə (41-ci xanə) mayənin üst kvartasında (48-ci xanədə) qurtarır. Cavabverici cümlənin təkrarlanması əvəzinə əsas tonun tersiyasında (52—53-cü xanədə) qurtaran müstəqil cümlə gəlir. Bundan sonra yuxarıda təsvir olunan nəqərat gəlir. Sonuncu şöbə «Zəmin-xara»dır. Bu şöbə 70-ci xanədən başlayıb bir period təşkil etdikdən sonra əsas tonun tersiyasında tamamlanır; bundan sonra yenə də nəqərat iki dəfə təkrarlanır.

Sonrakı xalq musiqisi nümunələrində ancaq ladı və onun şöbələrini göstərməklə kifayətlənirik.


[ səhifələr 1 2 3 4 5 ]


 

 




KİTABIN İÇİNDƏKİLƏR
İlk söz
Giriş
Tarixi məlumat
   
       
© Musigi Dunyasi
az ru en